25-04-2024, 19:38 15

SOCAR: Azərbaycanda emissiyaların azaldılması üçün AGMR növbəti mühüm töhfə ola bilər

Qlobal Metan Azaldılması təşəbbüsünun (AGMR) neft-qaz sənayesi iştirakçılarının Azərbaycanda emissiyaların azaldılması sahəsinə növbəti mühüm töhfəsi ola bilər.

"AVESTA.AZ" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir, bu barədə AGMR çərçivəsində BP və SOCAR-ın birgə təşkilatçılığı ilə Eko-Parkda keçirilən beynəlxalq konfransda bildirilib.

Tədbirdə çıxış edən nümayəndələr tərəfindən planetimiz üçün qlobal təhlükəyə çevrilmiş iqlim dəyişikliyinin yaranmasında metan emissiyalarının rolu, “Paris Sazişi” və onun müddəalarının icrası, neft-qaz əməliyyatlarının bütün dəyər zəncirində metan emissiyalarının monitorinqi, onların azaldılmasında müasir texnologiyaların rolu, dron və peyk əsaslı texnologiyaların tətbiqi, “OGMP 2.0” və onun hesabatlıq tələbləri, Azərbaycanda metan emissiyalarının azaldılması potensialı və bu sahədə texnoloji həllərin tətbiqi, ən yaxşı beynəlxalq təcrübələrə dair nümunələr, “LDAR” layihələrinin icrası, habelə bu sahədə layihələrin maliyyələşdirilməsi imkanlarına dair təqdimatlar edilib.

Çıxışlarda iqlim dəyişikliyinin təkcə ekoloji deyil, həm də davamlı inkişafın iqtisadi və sosial aspektlərinə ciddi təsir göstərdiyi qeyd olunub. Qlobal xarakter daşıyan iqlim dəyişikliyinin qarşısını almaq üçün sənaye liderləri tərəfindən emissiyaların azaldılması həllərinin tətbiqinin, ən yaxşı təcrübələrin öyrənilməsinin, həmçinin paralel olaraq "yaşıl" texnologiyaların tətbiqinin mühüm önəm daşıdığı diqqətə çatdırılıb.

Tədbir iştirakçıları konfransın təşkilinin COP29 ərəfəsində ölkəmizin qlobal iqlim gündəliyinə sadiqliyinin yüksək təcəssümü kimi qiymətləndiriblər.

Konfransda, həmçinin belə təşəbbüslərin operator şirkətlər üçün SOCAR və bp kimi qabaqcıl sənaye liderlərinin təcrübəsinin öyrənilməsi baxımından yüksək əhəmiyyəti xüsusi vurğulanıb, iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

Konfransda SOCAR-ın, BP-nin, Azərbaycanda fəaliyyət göstərən digər beynəlxalq neft-qaz şirkətlərinin, operator təşkilatların, BMT-nin Ətraf Mühit Proqramının, Avropa Komissiyasının, “Neft və Qaz İqlim Təşəbbüsü” təşkilatının, Beynəlxalq Enerji Agentliyinin, Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasının, Dünya Bankının, Ətraf Mühitin Müdafiəsi Fondunun, Alman Aerokosmik Mərkəzinin, “GHGSat”, “Baker Hughes”, “SLB” kimi şirkətlərin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, SOCAR və BP şirkətləri birgə Azərbaycanda qabaqcıl sənaye liderləri kimi Metan Rəhbər Prinsipləri (“Methane Guiding Principles” – MGP) çərçivəsində Qlobal Metan Azaldılması (“Advancing Global Methane Reduction” - AGMR) təşəbbüsünü icra edirlər.

Təşəbbüsün əsas məqsədi SOCAR və BP tərəfindən Azərbaycanda fəaliyyət göstərən neft-qaz operatorları üçün metan emissiyalarının ölçülməsi, hesabatlılığı və azaldılması fəaliyyətlərinin təşviq edilməsi, bu sahədə bilik və bacarıqların təkmilləşdirilməsi, habelə mövcud ən qabaqcıl texnologiyaların tətbiqini dəstəkləməkdən ibarətdir.

Paylaş

Xəbər lenti

Qusara qar yağıb, Zərdaba isə dolu düşüb - FAKTİKİ HAVA Bu gün, 21:54 Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 228-ə yüksəlib Bu gün, 21:50 İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem” üzərində inamlı qələbə qazanıb Bu gün, 21:35 Premyer Liqa: "Sabah" "Araz-Naxçıvan"ı məğlub edib Bu gün, 21:04 Ağstafada avtomobillər toqquşub, xəsarət alanlar var  Bu gün, 21:01 KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb Bu gün, 20:45 Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb Bu gün, 20:34 Rusiyada attraksionda nasazlıq olub, 3 uşaq yaralanıb Bu gün, 20:16 Finlandiya təcili şəkildə trotil zavodu tikmək istəyir Bu gün, 19:49 AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib  Bu gün, 19:27 BƏƏ Qəzza zolağına 400 ton humanitar yardım çatdırıb Bu gün, 19:15 Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib Bu gün, 18:52 QAİ dünya ictimaiyyətini Erməni Qriqorian Kilsəsinin sülh əleyhinə əməllərini pisləməyə çağırıb Bu gün, 18:29 Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib Bu gün, 18:09 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub Bu gün, 18:04 "Bakı Marafonu 2024"ün qalibi: Yarışın adına uyğun olaraq küləyə qalib gəldim Bu gün, 18:00 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb Bu gün, 17:58 Enerji obyektlərinə hücumlar Ukraynaya 1 milyard dollar ziyan vurub Bu gün, 17:56 "Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu Bu gün, 17:52 Avropa İttifaqının Qırmızı dənizdəki missiyası hərbi gəmi çatışmazlığı yaşayır Bu gün, 17:51 Hacıqabulda qızılcaya yoluxan gənc Bakıya xəstəxanaya aparılarkən yolda keçinib Bu gün, 16:36 Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb Bu gün, 16:26 Çexiya Nazirlər Kabineti Rusiyadakı səfirini rəsmən geri çağırıb Bu gün, 16:13 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb Bu gün, 15:50 Netanyahu girovların müqabilində Qəzzada atəşkəsə hazır olduğunu açıqlayıb Bu gün, 15:46 KİV: Rusiya Avropada təxribat hazırlayır Bu gün, 15:27 Azərbaycan və Hindistanın gimnastika federasiyaları arasında memorandum imzalanıb Bu gün, 15:13 "Bakı Marafonu 2024"ün qalibləri müəyyənləşib Bu gün, 15:11 "Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırılıb Bu gün, 15:00 İcma nümayəndəsi: Azərbaycanda olan birlik, tolerantlıq bütün dünyaya nümunədir Bu gün, 12:55 "Şahin" hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib Bu gün, 12:52 Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq Bu gün, 12:49 Şəmkirdə oğlu ilə qəzaya düşən şəxs tanınmış müğənnidir – TƏFƏRRÜAT Bu gün, 12:48 Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var Bu gün, 12:35 Qəbələdəki Cotari kilsəsində Pasxa bayramı qeyd edilib - YENİLƏNİB Bu gün, 12:20 "Qarabağ" hücumçusu ilə müqavilənin müddətini uzadıb Bu gün, 12:16 Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik edib Bu gün, 12:12 Pastor: Azərbaycandakı xristian icmaları dövlət tərəfindən göstərilən qayğını hiss edir Bu gün, 12:10 ABŞ Səudiyyə Ərəbistanına müdafiə paktı ilə bağlı şərt qoyub Bu gün, 09:50 Bakıda məişət tullantıları yanan ərazidən meyit tapılıb Bu gün, 09:36 Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən şəxsin sürücülük hüququ məhdudlaşdırılıb Bu gün, 09:32 Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçirilib Bu gün, 09:31 Bu gün Bakının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur Bu gün, 09:29 Ceyk Sallivan: 2025-ci ilə qədər Ukraynanın yeni əks-hücumunu gözləmək lazım deyil Bu gün, 09:23 Makron: Avropanın Çinə ehtiyacı var Bu gün, 09:12 Premyer Liqa: "Zirə" "Turan Tovuz"la, "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gələcək Bu gün, 09:00 Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var Bu gün, 08:54 Kuba Çin vətəndaşları üçün viza rejimini ləğv edir Bu gün, 08:39

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR