
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilat komitəsinin üzvləri Çilinin Ətraf Mühit naziri Maisa Roxas ilə görüş keçirib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.
“COP-un əvvəlki təşkilatçısı kimi Çili Bakıda COP29 üçün iş prosesinin qurulmasında əvəzsiz tərəfdaş olacaq”, - paylaşımda qeyd olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.