
Azərbaycanın çimərlik voleybolu üzrə qızlardan və oğlanlardan ibarət U-18 yığmaları Türkiyədə təlim-məşq toplanışı keçəcəklər.
Bu barədə "AVESTA.AZ"a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Komandalar bu məqsədlə bu gün Antalyaya yola düşüblər. Mayın 12-dək davam edəcək hazırlıq prosesi zamanı voleybolçular yoxlama oyunlarında qüvvələrini sınayacaq və “Sportbeach” turnirində iştirak edəcəklər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.