29-04-2024, 22:41 589

Qərbi Azərbaycan Xronikası: İrəvana 80 min kazakın köçürülməsi təklif edilmişdi

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa olub. O, Azərbaycan dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi, bir parçası sayılan İrəvan xanlığının yaranması, əhatə etdiyi torpaqlar, inzibati ərazi bölgüsü, idarəetmə sistemi barədə ətraflı məlumat verib.

Alim bildirib ki, hər bir dövlətdə olduğu kimi, İrəvan xanlığının da gerbi, bayrağı, mərkəz şəhəri olub. İrəvan xanlığının paytaxtı İrəvan qala-şəhərinin yaranması tarixindən söhbət açan N.Mustafa qeyd edib ki, 1502-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayılın qoşunları Qaraqoyunlu əmirləri üzərində qələbə çalaraq İrəvan da daxil olmaqla, ətraf əraziləri ələ keçirib. Şah İsmayıl 1509-10-cu ildə qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş verib. Yeddi ilə tikilən qala onu inşa etdirənin şərəfinə “Rəvan” adlandırılıb.

Tarixçi-alim İrəvan şəhəri ilə bağlı ermənilərin bir çox uydurmalarının olmasına diqqət çəkib. Bildirib ki, erməni tarixçiləri İrəvan şəhərinin adının Urartu çarı I Argistinin dövründə (e.ə. 782-ci il) salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa çalışırlar. N.Mustafa vurğulayıb ki, ermənilərə heç bir aidiyyəti olmayan Erebuni qalası yalnız hərbi-istehkam məqsədi ilə inşa edilib və onun ətrafında şəhər infrastrukturu formalaşmayıb. Hazırda şəhər ərazisinin on dəfədən çox genişlənməsinə baxmayaraq, bu gün də Erebuni qalasının yerləşdiyi Qanlıtəpə ilə İrəvan arasında xeyli məsafə var. Tarixçi-alim söyləyib ki, İrəvanı dünyanın ən qədim erməni şəhəri kimi (Romadan da 30 yaş böyük) təqdim etmək istəyən saxtakarlar bu gün həmin yaşayış məntəqəsində mövcud olan və yaşı 250-ni keçən bir dənə də olsa tarixi abidə göstərə bilmirlər.

N.Mustafanın sözlərinə görə, tarixi ədəbiyyatda İrəvan şəhərində 15-ə yaxın məscidin, o cümlədən Göy məscid (yaxud Hüseynəli xan), Təpəbaşı, Zal xan (yaxud Şəhər), Sərtib xan, Hacı Novruzəli bəy, Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb paşa, Məhəmməd Sərtib xan, Hacı İnam məscidlərinin olması göstərilir. Vaxtilə əcnəbi rəssamların çəkdiyi rəsm əsərlərində uzaqdan görünən minarələr də İrəvanın müsəlman şəhəri olmasını təsdiqləyir.

Tarixçi-alim deyib ki, 1828-ci il “Türkmənçay” sülh müqaviləsindən sonra general Paskeviç İrəvan xanlığının ərazisinə 80 min kazakın köçürülməsi təşəbbüsünü irəli sürüb. Lakin o dövrdə vəziyyətdən istifadə edən ermənilər bunun qarşısını alıblar. Nəticədə regiona 120 mindən çox erməni köçürülüb ki, onlardan da 60 mini İrəvan quberniyasında məskunlaşdırılıb.

N.Mustafa deyib ki, İrəvan quberniyasında 1902-ci ildə mövcud olan 310-a yaxın məscid Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra bir-birinin ardınca dağıdılıb. Göy məsciddə İrəvan şəhərinin tarix muzeyi yerləşdirilib, Zal xan məscidinin mədrəsəsi rəssamların sərgi salonuna çevrilib. Hazırda Göy məscid İranın Ermənistandakı mədəniyyət mərkəzinə icarəyə verilib. Dəmirbulaq məscidi isə 1988-ci ildən sonra tamamilə dağıdılıb, onun yerində çoxmərtəbəli bina ucaldılıb.

N.Mustafa söyləyib ki, erməni şovinist-millətçiləri İrəvan qalasını və onun içərisində yerləşən bütün tarixi-memarlıq abidələrini tədricən yer üzündən siliblər. Alimin sözlərinə görə, 1924-cü ildə İrəvanın baş planı hazırlanaraq həyata keçirilməyə başlandıqdan sonra şəhərdə azərbaycanlılara məxsus bütün tarixi-memarlıq abidələri bir-birinin ardınca məqsədli şəkildə məhv edilib ki, gələcəkdə İrəvanı erməni şəhəri kimi təqdim edə bilsinlər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş aprelin 29-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da “YouTube” kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR