30-04-2024, 10:50 663

AMB xüsusi tənzimləmə rejiminin təqdimatını keçirir

Sabahdan başlayaraq mayın 31-nə qədər Azərbaycan Mərkəzi Bankı (AMB) xüsusi tənzimləmə rejimində iştirak üçün müraciətləri qəbul edəcək.

"Report" xəbər verir ki, bunu AMB-nin Baş direktoru Fərid Osmanov yeni rejimin təqdimat mərasimində bildirib.

"İstərdik ki, rəqəmsallaşma istiqamətində çalışanlar innovativ məhsulların çatdırılmasını təşviq etsinlər. Həmçinin maliyyə institutlarını, hüquqi şəxsləri innovativ məhsul və xidmətlərin təqdim edilməsində aktiv iştiraka dəvət edirik", - deyə o vurğulayıb.

AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar şöbəsinin rəisi Sahib Həsənov isə bildirib ki, xüsusi tənzimləmə rejiminə təqdim ediləcək innovativ məhsullar üçün ilk meyar məhsulun yerli bazar üçün yeni olması və maliyyə inklüzivliyini artırmasıdır: "Məhsul real rejimdə sınaqdan keçirilməsi üçün hazır olmalıdır, eləcə də qanunvericilik ilə qismən və ya tam tənzimlənməməlidir. Eyni zamanda məhsulun Azərbaycanda tətbiqi nəzərdə tutulmalıdır, o, maliyyə bazarında potensial sistem riskləri yaratmamalıdır, məhsul yetərli maliyyə, insan və infrastrukturlarına malik olmalıdır".

"Xüsusi tənzimləmə rejimi uğursuz layihələrin istehlakçılara təsirini azaldacaq və bir sıra yeni imkanlar təqdim edəcək. Bu imkanlara innovativ məhsulların bazara çıxarılması müddətinin azaldılması, investisiyaların cəlbi üçün şərait aradılması aiddir. Eyni zamanda innovativ məhsullar üçün tənzimləmə maneələrinin aradan qaldırılması, sınaq nəticəsində normativ hüquqi aktarda ediləcək dəyişikliklərin müəyyən edilməsi də bu imkanlardandır. Bir çox ölkələrdə xüsusi tənzimləmə rejimi tətbiq edilir. Burada əsas məqsəd innovativ məhsulların tətbiqi ilə maliyyə inklüzivliyinin artırılması, maliyyə sektorunda innovativ məhsulların sınaqdan keçirilməsidir. Həmçinin məqsəd məhsulların tətbiqinə dair risklərin nəzarətdə saxlanılması, tənzimləmə çərçivəsinin bazar iştirakçıları ilə birgə formalaşdırılması üçün platforma yaradılmasından ibarətdir", - deyə S.Həsənov əlavə edib.

Xatırladaq ki, AMB 2024-2026-cı illərdə “Maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə bazarında göstərilən xidmətlərin rəqəmsallaşdırılması, həmçinin yerli bazar üçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması və bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirməyi hədəfləyir. Bu istiqamətdə mühüm təşəbbüs olan “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası” bu il yanvarın 31-də təsdiq edilərək Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və AMB-nin nəzarəti altında sınaqdan keçirilməsinin qaydalar toplusunu əks edir. Xüsusi tənzimləmə rejimi meyarlara uyğun gələn və test rejimində aparılan sınağının nəticəsi uğurlu olan məhsulların bazara təqdim olunması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədini daşıyır. Bu rejimin iştirakçısı innovativ maliyyə məhsulunun sınağını AMB ilə bağlanılacaq müqavilə əsasında həyata keçirəcək. Müqavilənin bağlanması zamanı sınaq müddəti 12 ay olacaq.

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün AMB-yə “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifə (sandbox.cbar.az) vasitəsilə və yaxud yazılı şəkildə təqdim etmək mümkündür.

Xüsusi tənzimləmə rejimi ilə bağlı suallar yarandığı təqdirdə [email protected] ünvanına müraciət etmək olar.

Paylaş

Xəbər lenti

Emin Mahmudov millidə karyerasını başa vurur Bu gün, 13:49 Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirilib Bu gün, 13:49 Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub Bu gün, 13:49 Deputat: "Yaxşı olardı ki, kuryerlər vergiyə cəlb olunsunlar" Bu gün, 13:49 Hikmət Hacıyev: Azərbaycan Radiosu milli dəyərlərin təbliğində mühüm rol oynadı Bu gün, 13:49 Yasamalda boru partlayıb - Tədbir görülür Bu gün, 13:49 Yadplanetlilər həqiqətən varmı? - İlon Maskın diqqətçəkən paylaşımı Bu gün, 13:49 Dələduzluğa görə həbs edilən 74 yaşlı qadının FOTOSU Bu gün, 13:48 Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı Bu gün, 13:48 Pediatrdan mövsümi xəstəliklərlə bağlı ÇAĞIRIŞ Bu gün, 13:48 ABŞ İrana qarşı mövqeyini yumşalda bilər - Tramp üç variantı nəzərdən keçirir Bu gün, 13:48 Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək Bu gün, 12:48 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub Bu gün, 12:48 Nicat İmanov: "İki il fəaliyyət göstərən KOB-lara 25 %-lik vergi güzəşti veriləcək" Bu gün, 12:48 Gökhan Özen: "Gözümdən əməliyyat olundum, dedilər botoks etdirmişəm" Bu gün, 12:48 Süni intellektlə şirkət rəhbərlərini təqlid edərək 130 milyon dollarlıq dələduzluq etdilər Bu gün, 12:48 Yasamalda boru partlayıb, su küçəboyu fontan vurur Bu gün, 12:48 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər Bu gün, 12:48 AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir Bu gün, 12:48 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakim açıqladı Bu gün, 11:48 NETTY 2026 ərizə qəbulu elan edilib Bu gün, 11:48 Nostradamusun 2027-ci il proqnozları üzə çıxdı - Müharibə, qızılın bahalaşması... Bu gün, 11:48 "İrşad" Zəfər sevincini "Şad Günlər"lə qeyd edir! Bu gün, 11:48 Gürcüstanda azərbaycanlı qardaşları öldürən şəxs yaxalandı Bu gün, 11:48 Bu şəxslər üçün yeni yaşayış evləri tikiləcək Bu gün, 11:48 Kamilo Durandan Azərbaycan bayrağı açan azarkeşə jest - ANBAAN VİDEO Bu gün, 11:48 Qobustanda göbələkdən zəhərlənənlərin son durumu Bu gün, 11:48 Azərbaycan əcnəbilər üçün bir sıra dövlət rüsumları müəyyən edir Bu gün, 11:48 Yol polisi bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət edib Bu gün, 11:48 Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək Bu gün, 11:48 Toy üçün qızıl almaq istəyənlərin NƏZƏRİNƏ - YENİ QİYMƏTLƏR Bu gün, 11:48 Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq? Bu gün, 11:48 ADY-yə məxsus nasosda problem yarandı, tuneli su basdı Bu gün, 11:48 Azərbaycanda vergi borclarına görə hesablanan faizlərin iki dəfə azaldılması təklif edilir Bu gün, 11:48 Şəhid ailələri ilə bağlı yeni güzəşt gündəmdə Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır Bu gün, 10:48 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar Bu gün, 10:48 Azərbaycanda kimlərin maaşları artacaq? - Komitə üzvü danışdı Bu gün, 10:48 Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb Bu gün, 10:48 Bakıda Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə təlim keçirilib Bu gün, 10:48 "Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi Bu gün, 10:48 Gürcüstanın №1 daşınmaz əmlak şirkət Archi bir gündə mənzil satışları üzrə yeni rekorda imza atıb! Bu gün, 10:48 DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib Bu gün, 10:48 Mingəçevirdə yük avtomobili bataqlıqda batıb, iki nəfər xilas edilib Bu gün, 10:48 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü Bu gün, 10:48 Gəncədə evdən kişi meyiti tapılıb Bu gün, 09:48 Qızıl və gümüşün qiyməti UCUZLAŞDI Bu gün, 09:48 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR