ABŞ-nin Los-Anceles şəhəri (Kaliforniya ştatı) yaxınlığında 4,1 maqnitudada zəlzələ qeydə alınıb.
"AVESTA.AZ"un məlumatına görə, bu barədə ABŞ-nin Geoloji Xidməti xəbər yayıb.
Məlumata görə, təbii hadisənin episentri 164 min insanın yaşadığı Korona şəhərindən 9 km cənub-qərbdə, zəlzələ ocağı 1,5 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.