Peruda 5,1 maqnitudada zəlzələ qeydə alınıb.
"AVESTA.AZ"un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 55,1 min nəfərin yaşadığı Abankay şəhərindən 45 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.