Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Almaniyanın "Bavariya" klubunu çalışdırmaqdan imtina edib.
"AVESTA.AZ" "Bild"ə istinadən xəbər verir ki, daha əvvəl tərəflər arasında şifahi razılıq əldə olunsa da, almaniyalı mütəxəssis fikrindən daşınıb.
65 yaşlı çalışdırıcı 2022-ci ildən fəaliyyət göstərdiyi Avstriya yığmasındakı işini davam etdirəcək.
Qeyd edək ki, "Bavariya"nın hazırkı baş məşqçisi Tomas Tuxelin cari mövsümün sonunda klubdan ayrılacağı dəqiqləşib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.