
Braziliyanın cənubundakı Rio Qrande-du-Sul ştatında güclü yağışlar nəticəsində azı 29 nəfər ölüb, 21 nəfər itkin düşüb.
Bu barədə “AVESTA.AZ” xarici mətbuata istinadən xəbər verir.
Qeyd olunub ki, səlahiyyətlilər itkin düşənlərin axtarışı üçün xilasedici helikopterlər göndərib.
Mütəxəssislərin fikrincə, son günlər ştata düşən yağıntının miqdarı ilin bu dövrü üçün iqlim normasını xeyli keçib.
Yağışlar ştatın mərkəzi vadisində çayları daşırıb. Nəticədə şəhərləri su basıb və körpülər uçub, yollar yarasız vəziyyətə düşüb, torpaq sürüşmələri aktivləşib.
Canudos-do-Vale şəhərinin ştatın qalan hissəsi ilə əlaqəsi kəsilib, evlərdə elektrik və rabitə yoxdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.