
Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında Azərbaycan komandası növbəti medalı qazanıb.
"AVESTA.AZ"un Mingəçevirə yarışa ezam olunan əməkdaşının məlumatına görə, İbrahim Məmmədzadə və Sərhad Fərhadlı iki nəfərlik kayak yarışında bürünc mükafata sahib çıxıblar.
Onlar 2010-2011 təvəllüdlü idmançıların 200 metr məsafəyə mübarizəsində fərqləniblər.
Qeyd edək ki, bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.