
Prezident İlham Əliyev “Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” 4 iyul 2006-cı il tarixli sərəncamında dəyişiklik edib.
"Report" xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Komissiyanın tərkibinə energetika naziri və "Azərenerji” ASC-nin prezidenti əlavə edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.