
Asiya İnkişaf Bankının (ADB) üzvləri öz səylərini cari böhranın aradan qaldırılmasına yönəltmək üçün məsuliyyət daşıyırlar.
"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB prezidenti Masatsuqu Asakava Gürcüstanın paytaxtında bankın 57-ci illik toplantısı çərçivəsində keçirilən mətbuat konfransında deyib.
“Biz səylərimizi mövcud böhranın aradan qaldırılmasına, gələcəyi qorumağa, ən əsası isə iqtisadi artımı dəstəkləməyə yönəltməliyik. Bu, xarici mühitdə vacib bir boşluqdur”, - ADB prezidenti bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.