
Müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Zığ dairəsi – Aeroport yolunda bəzi zolaqlarda sürət həddi 20 km/saat endirilib.
Bu barədə “Report”a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
“Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub”, – Mərkəz diqqətə çatdırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.