4-05-2024, 19:15 498

Demokratiya bayrağı altında mürtəce siyasət: Azərbaycanla bacarmayan Qərb Gürcüstanı hədəfə alıb

2020-ci ildə 44 günlük Vətən müharibəsi, eləcə də 2023-cü ildəki antiterror əməliyyatından sonra ABŞ və Fransa başda olmaqla, Qərb ölkələri tərəfindən Cənubi Qafqaza təsir göstərmək, regionda nüfuz qazanmaq cəhdləri növbəti dəfə uğursuzluqla nəticələnəcək.

Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi, Ukrayna müharibəsindən sonra Avropanın enerji bazarında aparıca yer tutması, bir sıra beynəlxalq tədbirlər, eləcə də COP29-a ev sahibliyi hüququnu əldə etməsi bu ölkəni regionun güclü dövlətinə çevirdi. Cənubi Qafqaz regionunda Türkiyə, Rusiya, İran və Gürcüstanla ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf dinamikası, Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın ildən-ilə güclənməsi ölkəmizə nəinki regional, həm də beynəlxalq nüfuz qazandırıb.

Bütün bunlara baxmayaraq, dünyanın istənilən nöqtəsinə siyasi böhran, dövlət çevrilişləri və müharibələr ixrac edən Qərb ölkələri Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığa adekvat davranış nümayiş etdirməkdə çətinlik çəkməyə başladı. Faktiki olaraq Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında elə bir ciddi əngəl qalmadığı bir zamanda Qərbin proseslərə qızışdırıcı mövqedən yanaşması, o cümlədən rəsmi Yerevanın qeyri-sabit və pozucu mövqe sərgiləməsi bu qəbildəndir. Lakin Qərb başa düşdü ki, Azərbaycanın mövqeyi olmadan və maraqları nəzərə alınmadan regionda hər hansı uğura nail olmaq mümkün deyil. Azərbaycan istəməyəcəyi təqdirdə, bu regionda ayaq aça bilməyəcək. Bu gün Bakıya təzyiqlər heç bir nəticə vermədiyindən ABŞ və Fransa başda olmaqla, Qərbin təxribatçı addımlardan da geri çəkildiyi müşahidə olunur.

Hazırkı hədəf isə Gürcüstandır. 2004-cü ildə Saakaşvilini, 2022-ci ildə Zelenskini Rusiya ilə faktiki düşmənə çevirən Qərb yenidən Tbilisiyə "qarmaq atıb". 2008-ci ildəki təxribat nəticəsində ərazi bütövlüyü pozulan Gürcüstana qarşı bu dəfə hansı mənfur planın hazırlandığı məlumdur. Qərb ölkələri qədim Roma atalar misalı - Məqsəd vasitəyə haqq qazandırır - deyimini əsas tutaraq regionda çaxnaşma salmaq istəyir.

Bu təxribat hələ ki “Xarici agentlər” yaxud, “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin qəbulu ehtimalı ətrafında meydana çıxır. Maraqlısı odur ki, 1930-cu illərdə eyni adlı qanunu təsdiqləyən Qərb rəsmi Tbilisini bu sənədin qəbuluna görə tənqid edir. Gürcüstan hökuməti öz mövqeyində haqlıdır. Çünki bu gün Qərbin Gürcüstanda tətbiq etdiyi ssenari bu ölkəni Ukraynaya çevirmək niyyəti güdür. Ancaq 2004-cü ildən fərqli oçaraq, gürcü xalqı bu dəfə təhlükəni görür və avantüraya getmir. Hazırda gürcü cəmiyyətinin müqaviməti Qərbin regiondan çıxarılması prosesinin təzahürüdür.

Hazırda prezident və baş nazir arasında ziddiyyətlərin mövcud olduğu hakimiyyət bu məsələdə ehtiyatlı olmalı, xalqın səsinə qulaq asmalıdır. Qərbin burada öz maraqları var. Amma maraqlısı isə odur ki, bölgədə Rusiya amili nəzərə alınmalıdır. Rusiya Qərbin Gürcüstanda çevriliş səhnəsini görsə, onu heç kim və heç nə saxlaya bilməz. Gürcüstan hakimiyyəti xalqın taleyini riskə ata bilməz.

Gürcüstanda hələ 2004-cü ildən güclü şəbəkə quran Qərb burada 25 minə yaxın QHT-nin böyük hissəsini maliyyələşdirir və öz iradəsinə uyğun idarə edir. Azərbaycan, Gürcüstan və Ermənistanda öz qrantları ilə 30 ildir ki, iyrənc planlar həyata keçirən, pulla satın aldıqları vətəndaş cəmiyyəti üzvlərini sağa-sola oynadan, ifşa olunduqları təqdirdə isə bunu guya söz azadlığının pozulması kimi qələmə verən Qərb demokratiya bayrağı altında Cənubi Qafqazda mürtəce siyasətini genişləndirə bilməyəcək. Hələ də gec deyil. Həm Ermənistan, həm də Gürcüstan hakimiyyəti anlamalıdır ki, hazırda regionun lider dövləti sayılan Azərbaycanın hərbi uğurlarını və uzaqgörən diplomatiyasını örnək saymaqla, Qərbin istənilən oyununa getməmək mümkündür.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR