
Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində xarici agentlər haqqında qanuna etiraz edənlərin sayı kəskin artıb.
“AVESTA.AZ” bu barədə Gürcüstan mətbuatına istinadən xəbər verir.
Qeyd olunur ki, yerli vaxtla saat 23:00-a qədər insanlar parlamentin qarşısındakı meydana aktiv şəkildə gəlməyə başlayıb. Hazırda izdiham Rustaveli prospektinin parlament binasının qarşısındakı bir hissəsini, eləcə də onunla Kaşveti məbədi arasındakı kəsişməni tamamilə zəbt edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.