
Almaniyanın paytaxtı Berlindəki “Diehl Metal Applications” zavodunda baş verən yanğını 3 gündür nəzarət altına almaq mümkün olmur.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.
Almaniyanın hərbi sənaye kompleksinə aid zavodda baş verən yanğının səbəbi məlum deyil. Hazırda yanğın davam edir, hadisə yerində ondan çox yanğınsöndürmə briqadası işləyir.
Səhər saatlarından etibarən ixtisaslaşmış şirkətlər yanmış tikililərin sökülməsinə başlayacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.