
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 2024/2025 mövsümü üzrə seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.
"AVESTA.AZ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 7-ci qrupda yer alan U-19 noyabrın 13-də İrlandiyanın, 16-da İslandiyanın, 19-da isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, qrup mərhələsinin görüşləri Moldovada baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.