6-05-2024, 14:41 498

Dünyanın ən böyük beynəlxalq maliyyə institutu Azərbaycanda

"Bank Respublika" və Avropa İnvestisiya Bankı sahibkarların dəstəklənməsi məqsədilə 10 milyon avro həcmində kredit sazişi imzalayıb.

Avropa İnvestisiya Bankının (EIB) Avropa İttifaqı hüdudlarından kənarda fəaliyyətlərin maliyyələşdirilməsi üzrə qolu olan EIB Global Azərbaycanda mikro, kiçik və orta müəssisələrin (KOS) dəstəklənməsi üçün "Bank Respublika" ilə 10 milyon avro həcmində kredit sazişi imzalayıb. Bu saziş investisiyaları, iqtisadi artımı və məşğulluğu stimullaşdırmaq məqsədilə kiçik biznes subyektlərinə kreditləri rəqabətli şərtlərlə və yerli valyutada ödəmək seçimi verməklə maliyyə əlçatanlığını gücləndirəcək

Bu kredit, EIB-nin Cənubi Qafqazda KOS-larla iş Təşəbbüsü çərçivəsində KOS-ların maliyyə mənbələrinə çıxışını yaxşılaşdırılması məqsədilə təqdim olunur. Təşəbbüs bank sektorunda rəqabəti stimullaşdıracaq və kiçik biznes üçün əlçatan olan maliyyə mənbələrinin keyfiyyət və kəmiyyətcə sayını artıracaq. Həmçinin, Cənubi Qafqaz regionunda 26 500-ə yaxın iş yerinin yaradılmasıyla, özəl sektora əsaslanan artıma təkan verəcək və sosial inteqrasiyanı təşviq edəcək.

Bu saziş Azərbaycanda 25 000 kiçik və orta sahibkarlığın dəstəklənməsi üzrə qabaqcıl təşəbbüsə uyğun olaraq Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə İqtisadi və İnvestisiya Planının (EİP) məqsədlərinə töhfə verir.

Bankın Azərbaycandakı fəaliyyətinə cavabdeh olan EIB-nin vitse-prezidenti Teresa Çervinska qeyd edib: “EIB Azərbaycanda kiçik biznesi dəstəkləməkdən məmnundur. "Bank Respublika" ilə əməkdaşlıq çərçivəsində ayrılan bu kredit, KOS-ların maliyyə mənbələrinə çıxışını gücləndirəcək və onların ölkə iqtisadiyyatına verəcəyi töhfəni artıracaq. Kredit həmçinin, Aİ-nin ölkədəki İqtisadi və İnvestisiya Planına uyğun olaraq şaxələndirilmiş, davamlı və innovativ iqtisadiyyata töhfə verəcək”.

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə Baş Direktoru Gert Yan Kopman qeyd edib: “Azərbaycanda İqtisadi və İnvestisiya Planının icrası kontekstində Aİ mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə xüsusi diqqət yetirir. Bu günə qədər Aİ BMİ-lərlə əməkdaşlıq edərək ölkə daxilində vətəndaşların həyatına müsbət və nəzərəçarpacaq təsir göstərən əhəmiyyətli investisiyaları təmin edib. Bu gün bağlanan saziş, istənilən iqtisadiyyatın əsasını təşkil edən sahibkarlıq subyektlərini dəstəkləməklə EİP-in həyata keçirilməsini daha da irəli apara biləcəyimizi daha bir xoş addımdır”.

“Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib: “Biz dünyanın ən böyük beynəlxalq maliyyə institutu olan Avropa İnvestisiya Bankının Azərbaycanda əsas tərəfdaş bankı olmaqdan qürur duyuruq. Bu sazişin imzalanması beynəlxalq maliyyə institutlarının həm ölkənin bank sisteminin sabitliyinə, həm də "Bank Respublika"nın etibarlılığına inamının növbəti mühüm göstəricisidir. Cəlb olunan vəsait, bizim üçün prioritet sahə olan real sektora, xüsusən də kiçik və orta sahibkarlığa kredit dəstəyini gücləndirməyə, bununla da ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə imkan verəcəkdir”.

"Bank Respublika" 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Sabit" proqnozlu "B2" reytinqinə (Moody's) malikdir.

EIB və EIB Global haqqında

Avropa İnvestisiya Bankı Avropa İttifaqının üzv dövlətlərinə məxsus uzunmüddətli maliyyə institutudur. O, Aİ siyasət məqsədlərinə nail olmaq üçün sağlam investisiyalar üçün uzunmüddətli maliyyə təmin edir, dörd prioritet sahədə layihələri dəstəkləyir: infrastruktur, innovasiya, iqlim və ətraf mühit və KOS-lar.

EIB Global, Avropa İttifaqının üç əsas prioritetinə: Avropa Yaşıl Sövdələşmə, Qlobal Gateway və iş yerləri, davamlı və inklüziv artıma töhfə verən beynəlxalq tərəfdaşlıq və inkişaf maliyyəsinin təsirini artırmağa həsr olunmuş EIB Qrupunun ixtisaslaşmış qoludur. Avropa Komandası çərçivəsində EIB Qlobal digər çoxtərəfli inkişaf bankları ilə sıx əməkdaşlıqda digər inkişaf maliyyə institutları və vətəndaş cəmiyyəti ilə birlikdə güclü, diqqət mərkəzində olan tərəfdaşlıqları təşviq edir. EIB Global dünya üzrə ofisləri vasitəsilə EIB Qrupunu yerli insanlara, şirkətlərə və qurumlara yaxınlaşdırır.

Paylaş

Xəbər lenti

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib Bu gün, 22:48 Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar təsdiqləndi: Valideynlər nələri bilməlidir? Bu gün, 22:48 "Ölümsüz Komandan – Qarabağın Zəfər Marşı" adlı videoçarx hazırlanıb Bu gün, 22:48 Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" Bu gün, 22:48 Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib Bu gün, 21:48 Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər Bu gün, 21:48 Türkiyədə məşhur tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı Bu gün, 21:48 Husilər Səudiyyə Ərəbistanında "Saudi Aramco" obyektlərini hədəf aldıqlarını bildiriblər Bu gün, 21:48 Zəfər Günü münasibətilə Ağdam və Xocavənd rayonlarında ağacəkmə aksiyaları keçirilib Bu gün, 20:48 Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub Bu gün, 20:48 İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və ailə üzvləri Vətən Müharibəsi Qəhrəmanları ilə görüşdülər Bu gün, 20:48 Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib Bu gün, 20:48 Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib Bu gün, 20:48 Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız Bu gün, 20:48 "Fənərbağça" səfərdə "Çorum"u 5 cavabsız qolla məğlub etdi Bu gün, 20:48 Bir sıra xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib Bu gün, 19:48 Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? Bu gün, 19:48 Qırx dörd günün dərsləri: Azərbaycanın iradəsi hərbi üstünlüyü siyasi nəticəyə çevirdi Bu gün, 19:48 Qazaxda "KamAZ" sürücüsü sükan arxasında öldü Bu gün, 19:48 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub Bu gün, 19:48 Xüsusi nümayəndəliyin və Ağdam, Füzuli, Xocavənddə Bərpa, Tikinti, İdarəetmə Xidmətinin əməkdaşları şəhid ailələri ilə görüşüb Bu gün, 19:48 Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" Bu gün, 18:48 İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər Tağı abidəsini ziyarət edib Bu gün, 18:48 Azərbaycan Basketbol Liqasında VI tura yekun vurulub Bu gün, 18:48 Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər Bu gün, 18:48 Ərdoğan: "Qarabağda bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını göstərir" Bu gün, 18:48 Mədəniyyət Nazirliyinin kollektivi Zəfər abidəsinin önünə gül dəstələri qoyub Bu gün, 18:48 Zəfər Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş olub Bu gün, 18:48 Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava Bu gün, 17:48 Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunub - Fotoreportaj Bu gün, 17:48 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib Bu gün, 17:48 Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər Bu gün, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər Bu gün, 17:48 Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib Bu gün, 17:48 Ərdoğan: "Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" Bu gün, 17:48 Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb Bu gün, 17:48 Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər Bu gün, 17:48 Gəncədə Zəfər Gününə həsr olunan konsert baş tutub Bu gün, 17:48 Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib Bu gün, 17:48 Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər Bu gün, 17:48 Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" Bu gün, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar Bu gün, 17:48 Vətən övladlarının xatirəsi Gənclər və İdman Nazirliyinin kollektivi tərəfindən yad olunub Bu gün, 16:48 Alyona Əliyeva: "Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik" Bu gün, 16:48 Prezident İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir Bu gün, 16:48 Prezident: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq Bu gün, 16:48 İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur Bu gün, 16:48 Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR