6-05-2024, 23:56 476

Qərbi Azərbaycan Xronikası: Erməni dilində lehimizə olan ciddi qaynaqlar var

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı olub.

O, Türkiyə cəmiyyətində, o cümlədən elmi çevrələrdə Ermənistan və ermənilərlə bağlı yanaşmadan söhbət açıb. Bildirib ki, son dövrlərə qədər Türkiyədə erməni məsələsinə münasibət o qədər də ciddi olmayıb. Alimin sözlərinə görə, 1980-ci illərdən etibarən ASALA erməni terror təşkilatının həyata keçirdiyi silsilə terror aktlarından sonra qardaş ölkədə bu məsələyə xüsusi diqqət yetirilib. Bundan sonra türkiyəli alimlər erməni məsələsi, onların ideologiyası, terrorçu mahiyyətləri barədə tədqiqatlar, əsərlər ortaya qoyublar. Bu məsələdə azərbaycanlı alimlərin türkiyəli həmkarlarına böyük dəstəyi olub.

Q.Çaxmaqlı Ərciyəs Universitetindəki ermənişünaslıq bölümünün fəaliyyətindən də danışıb. Deyib ki, burada erməni dilini bilən mütəxəssislər hazırlanır, ermənilərə dair araşdırmalar aparılır. Türkiyədə gənclərin ermənişünaslıq bölümünə marağının ildən-ilə artdığını diqqətə çatdıran müsahib vurğulayıb ki, hər il iyirmiyə yaxın məzun olur və onlar müxtəlif qurumlarda, o cümlədən dövlət idarələrində müvafiq vəzifələrdə çalışırlar. Alim erməni dilində bizim lehimizə olan çox ciddi qaynaqların varlığından söhbət açıb. O qeyd edib ki, erməni düşüncə sistemi və ideologiyası terror üzərində qurulub. Ermənilərin nə düşündüyünü öyrənmək üçün bu xalqın dilini bilmək zəruridir.

Professor Q.Çaxmaqlı Ermənistanın işğalçılıq, deportasiya siyasətinə toxunaraq bildirib ki, bu siyasət indiki erməni dövlətinə və xalqına nə isə qazandırmayıb. Əksinə, azərbaycanlıların öz ata-baba yurdlarından deportasiyası Ermənistan iqtisadiyyatına ciddi zərbə vurub. Alim erməni yazarlarının etiraflarına istinad edərək vurğulayıb ki, Ermənistanın monoetnik dövlətə çevrilməsi erməni xalqının faciəsidir.

Doğulduğu Amasiya rayonunun Çaxmaqlı kəndi barədə məlumat verən alim söyləyib ki, dünyaya göz açdığı kənd onun üçün ən müqəddəs və unudulmaz məkandır. O, burada yaşadığı illərdə ermənilərin soydaşlarımıza münasibətdə ayrı-seçkiliyini, təzyiq və təhdidlərini, nüfuzlu azərbaycanlıları sui-qəsdlərə məruz qoymalarını konkret faktlarla dilə gətirib. Bildirib ki, nənəsinin qardaşlarını ermənilər Qazaxıstana sürgün ediblər və öz doğma kəndlərinə qayıtmağı onlara yasaq ediblər.

1988-ci ildə Amasiya rayonunun Çaxmaq kəndinin, eləcə də digər yaşayış məntəqələrinin erməni mühasirəsində olduğunu diqqətə çatdıran alim deyib ki, əgər 7 dekabr tarixində Hamamlı rayonunda - indiki Spitakda güclü zəlzələ baş verməsəydi, mühasirədə qalan azərbaycanlıların sağ-salamat Azərbaycana köçüb gəlməsi qeyri-mümkün olacaqdı. Professor Q.Çaxmaqlı sonda vurğulayıb ki, tarixi Azərbaycan torpaqlarına qayıtmaq hər bir soydaşımızın haqqıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı "Baku TV"nin süjetində:

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR