İtaliyanın "Napoli" klubunun hücumçusu Viktor Osimhen Fransa təmsilçisi PSJ-nin təklifini rədd edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı forvard gələcəkdə İngiltərə Premyer Liqasında çıxış etmək istədiyini, yenidən Fransa çempionatına qayıtmağı düşünmədiyini söyləyib.
V.Osimhen "Çelsi" və "Arsenal"ın maraq dairəsindədir.
Qeyd edək ki, "Transfermarkt" portalı futbolçunun dəyərini 110 milyon avro qiymətləndirir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.