8-05-2024, 20:49 35

“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

Fransanın “Le Figaro" qəzetində mayın 10-da Qazaxıstanın Almatı şəhərində keçiriləcək Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və bu prosesdə beynəlxalq vasitəçilikdən imtina mövzusuna dair geniş məqalə dərc olunub.

"AVESTA.AZ" AZƏRTAC-a istinadən xəbər verir ki, beynəlxalq münasibətlər üzrə ekspert Sebastyan Bussuanın müəllifi olduğu məqalədə iki ölkənin xarici işlər nazirlərinin Almatıdakı görüşünün ciddi geosiyasi irəliləyiş olacağı bildirilib. “Onilliklər boyu davam edən müharibədən sonra bölgədə sülhün yaradılması prosesi üçün ikitərəfli yanaşmanın bərpası ümidləri yalnız indi - dünyanın od tutub yandığı və beynəlxalq birliyin təkcə öz dibinə işıq sala bildiyi bir dövrdə çiçəklənir”, - deyə müəllif vurğulayıb. Onun fikrincə, Ermənistan və Azərbaycan ilin sonuna qədər sübut edə bilərlər ki, nəinki Birləşmiş Millətlər Təşkilatı sülhə gətirib çıxarmaq üçün çox köhnəlib, həm də beynəlxalq vasitəçilik tendensiyası da uzaq keçmişdə qalıb.

“Həqiqətən də Cənubi Qafqaz artıq dörd ildir ki, yekun razılığa gəlməyə çalışır. Lakin ABŞ, Rusiya və Avropa İttifaqının cəhdləri heç nəyə gətirib çıxarmadı. Artıq bir neçə aydır ki, nazirlərin rəhbərlik etdiyi İrəvan və Bakıdan olan iki danışıqçı nümayəndə heyəti müntəzəm olaraq həll edilməli olan, iki ölkə arasında son razılaşmaya gətirib çıxaracaq və otuz ildən çox davam edən münaqişəyə son qoyacaq bütün digər müddəaları müzakirə edir. Bu həftənin cümə günü Qazaxıstanın paytaxtı Almatıda yeni ikitərəfli görüş keçiriləcək. Ev sahibliyi edən ölkə heç bir vasitəçi rol oynamayacaq, lakin bu yer böyük simvolik əhəmiyyətə malikdir: SSRİ-nin dağılması anını simvolizə edən Almatı Bəyannaməsi burada imzalanmaqla, nəhəng Sovet İttifaqının mövcudluğuna son qoyuldu. İndi burada yenidən tarix yazıla bilər”, - deyə məqalədə vurğulanıb.

Bu yaxında danışıqlar nəticəsində 4 kəndin Azərbaycana qaytarıldığını xatırladan Sebastyan Bussua qeyd edib ki, indi gələcəyə baxmaq və əldə edilmiş razılaşmaların ilkin müddəalarına diqqət yetirmək lazımdır. O, əldə edilmiş razılaşmanı Ermənistanın irəliləməyə hazır olmasının sübutu kimi xarakterizə edir. S.Bussua, həmçinin Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun fikrindən sitat gətirib və qeyd edib ki, bu qərar Ermənistanın baş naziri Nikol Paşinyana göstərilən təzyiq nəticəsində edilən güzəşt kimi qələmə verilməməlidir, çünki burada söhbət, ümumiyyətlə, Ermənistan ərazisindən getmir. “O, sadəcə beynəlxalq hüquqa müvafiq olaraq, əvvəlcədən Azərbaycana məxsus olanı geri qaytarır”, - deyə diplomat bildirib.

Yazıda Azərbaycan tərəfdən sülh sazişi üzrə danışıqların iştirakçısı kimi məsələyə aydınlıq gətirilərək qeyd olunub ki, Prezident Əliyev kimi Nikol Paşinyan da sazişin yaxın gələcəkdə imzalanacağına ümid edir. Elçin Əmirbəyovun sözlərinə görə, hər iki ölkədə bu kontekstdə hətta müəyyən həvəs hiss olunur və ümid var ki, sonda bu problemə son qoyulacaq.

“Erməni diasporu, erməni kilsəsi və siyasi opponentləri indi ona (Nikol Paşinyana – red.) qarşı birləşsələr də, o, artıq bir şeyi başa düşüb: sülh onun ölkəsinə çox uzun müddət qaldığı siyasi və iqtisadi baxımdan çıxılmaz vəziyyətdən mümkün qədər tez çıxmağa imkan verəcək”, - deyə Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi əlavə edib.

Müəllif fikirlərini yekunlaşdıraraq yazıb ki, Nikol Paşinyan mütəmadi olaraq regional iqtisadi inteqrasiyanın vacibliyindən bəhs edir. Lakin bu məsələ yalnız, insanların və malların sərbəst hərəkətinə də imkan yaranması üçün, onun ölkəsi Türkiyə və Azərbaycanla sərhəd mübahisələrini həll etdikdən sonra mümkün olacaq.

“İki ölkə arasında münasibətlərin normallaşdırılması üçün əsaslı ümidin, nəhayət ki, ortaya çıxması üçün vaxt lazım oldu və sözügedən vasitəçilərin səbəb olduğu bir çox reallaşmamış gözləntilər meydana çıxdı. Əslində, Ermənistanın artıq başqa seçimi yoxdur: ölkə mümkün qədər tez bir zamanda regional dinamikaya reinteqrasiya etməlidir. Nikol Paşinyan, öz ölkəsini logistik mərkəzə çevirmək istəyir və onu dəstəkləyən ermənilərə məhz bu perspektivi təqdim edir, çünki öz missiyasını sona qədər yerinə yetirə biləcəyinə ümid bəsləyir. Zəngəzur dəhlizi məsələsinin həlli, Azərbaycan üçün həm onun öz bölgəsi olan Naxçıvana birbaşa çıxışı bərpa edəcək, həm də qonşuları ilə ticarət əlaqələri qurmaq istəyən Ermənistana faydalı olacaq. Hər iki tərəf noyabrda Bakıda keçiriləcək COP29 sammitinə (BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - red.) qədər sülh sazişinin imzalanacağına ümid edir. Əgər bu gerçəkləşərsə, çox simvolik hadisə ola bilər!”, - deyə müəllif S.Bussua bildirib.

Paylaş

Xəbər lenti

Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib Bu gün, 00:57 Türkiyə İrana hərbi helikopter və PUA göndərib Bu gün, 00:33 Nigeriya ordusu 386 dinc sakini terroçulardan azad edib Bu gün, 00:26 Azərbaycan fudokançıları Avropa çempionatıda yüksək nəticələr qazanıb Dünən, 23:57 SEPAH: Rəisinin helikopterinin dəqiq yeri müəyyən edilib Dünən, 23:39 Yevlaxda keçmiş məhkum özündən 20 yaş kiçik arvadını qətlə yetirib - YENİLƏNİB Dünən, 23:18 Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib Dünən, 23:03 Emin Əmrullayev: Azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində oxuyur Dünən, 22:51 Azərbaycan millisi Avropa Media Kubokunun qalibi olub - YENİLƏNİB Dünən, 22:16 İstanbul derbisi: "Fənərbağça" "Qalatasaray"ı məğlub edib Dünən, 22:12 Ərdoğan: İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi Dünən, 21:59 Ərdoğan: İbrahim Rəisi və rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi Dünən, 21:59 Türkiyə XİN: İranda helikopter qəzası xəbərlərini üzüntü ilə izləyirik Dünən, 21:41 Azərbaycan Basketbol Liqasında final seriyasının ikinci oyunu keçirilib Dünən, 21:36 İraq İran Prezidentinin helikopterinin axtarışına kömək edəcək Dünən, 21:26 İngiltərə Premyer Liqası: "Mançester Siti" ardıcıl dördüncü dəfə çempion olub Dünən, 21:16 Aİ İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi xəbərini izləyir Dünən, 21:00 Avropa Media Kuboku: Azərbaycan millisi finala yüksəlib Dünən, 20:46 Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb Dünən, 20:35 XİN: Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır Dünən, 20:03 İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi Dünən, 19:51 İran Prezidentinin olduğu helikopterin axtarışlarının ilk görüntüləri yayımlanıb Dünən, 19:47 KİV: Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib Dünən, 19:17 Yevlaxda ər arvadını öldürərək özünə xəsarət yetirib Dünən, 18:58 Yevlaxda 40 yaşlı qadın qətlə yetirilib Dünən, 18:58 Latviya Parlamentinin sədri Şuşaya gedib - YENİLƏNİB Dünən, 18:50 “Formula 1” üzrə Emiliya-Romanya Qran-prisinin qalibi müəyyənləşib Dünən, 18:39 “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib - YENİLƏNİB-2 Dünən, 18:28 “Mehr” agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB Dünən, 18:21 Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - YENİLƏNİB-3 Dünən, 18:07 İlham Əliyev və Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər Dünən, 18:02 Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub Dünən, 17:53 Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır Dünən, 17:44 İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq Dünən, 17:43 KİV: İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb Dünən, 17:35 Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlayır Dünən, 17:32 İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB Dünən, 17:03 İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb     Dünən, 16:51 Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb Dünən, 16:50 Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB Dünən, 16:31 Cəlilabadda bıçaqlanan şəxslərin vəziyyəti açıqlanıb - YENİLƏNİB-2 Dünən, 16:16 Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə start veriblər Dünən, 16:15 Azərbaycanın artan qlobal uğuru Fransa və Ermənistanın uğursuz təxribatına qarşı - ŞƏRH Dünən, 16:11 Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb Dünən, 16:10 Mahir Emreli: Beş aydan sonra meydana çıxmağım məni həyəcanlandırdı Dünən, 16:06 Xocalı prospekti istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət ləğv edilib - YENİLƏNİB Dünən, 15:59 Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var Dünən, 15:38 Dunay çayında gəmilər toqquşub, ölənlər Dünən, 15:15

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR