9-05-2024, 14:51 435

Bakıda keçirilən Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda qadınlar və kişilər arasında tüfəngdən 50 metr məsafəyə üç mövqe üzrə atəş açma növündə final görüşləri keçirilib.

"Report"un məlumatına görə, Almaniyanı təmsil edən Anna Yanssen həlledici qarşılaşmada Tokio-2020-də olimpiya çempionu olmuş isveçrəli Nina Kristeni üstələyərək qızıl medal qazanıb.

Nina Kristen gümüş, çinli Jiayu Han bürünc medalla kifayətlənib.

Mükafatlandırma mərasimindən sonra yeddi dəfə Dünya Kubokunun qalibi olmuş üçqat dünya, yeddiqat Avropa çempionu Anna Yanssen fikirlərini bölüşüb: “Finaldakı rəqibim olimpiya çempionu idi. Titullarla zəngin olan çox yaxşı atletdir. Mənim üçün asan olmayacağını bilirdim. Həlledici mərhələdə düşünürdüm ki, olimpiya çempionunu məğlub etmək möhtəşəm olar. Həlledici raunda bu cür kökləndim və qələbə qazanmağı bacardım. Son raunda kimiz qalanda aramizdakı xal fərqi 1,5 idi. Əslində, bu, ciddi fərq deyil. Amma söhbət finaldan gedirsə, böyük üstünlük sayıla bilər. Final atışlarından əvvəl fərqi görəndə qalib gələcəyimi hiss etmişdim. Hələ də Paris-2024 Olimpiya Oyunlarına lisenziya qazanmamışam. Yarışlar davam edir. Ümid edirəm ki, bunu bacaracağam".

Qadınların mübarizəsindən sonra kişi idmançıların yarışı baş tutub. Çini təmsil edən atletlər qızıl medal uğrunda yarışıblar. Yukun Liu son atışları daha dəqiq yerinə yetirərək həm qalib olub, həm də dünya rekordunu yeniləyib (467.3).

Onun həmyerlisi Linşu Du gümüş, fransalı Lukas Bernar Denis Kriz bürünc medal qazanıb.

Yarış başa çatandan sonra Yukun Liu təəssüratlarını dilə gətirib: “Mənim üçün qızıl medal qazanmaq, yaxud dünya rekordunu yeniləmək o qədər də əhəmiyyətli deyil. Ən vacibi nəyə qadir olduğumu göstərmək və görmək idi. Son atışlardakı rəqibim həmyerlim idi. Amma bunun da ciddi önəmi yoxdur. Başqa ölkənin atleti də ola bilərdi. Dediyim kimi, mənim üçün vacib olan potensialımı göstərmək, atışlardan zövq almaq və dostluq ortamından xoşlanmaqdır. Bakıda keçirilən Dünya Kubokunda çinli idmançıların daha çox medal qazanmasının başlıca səbəbi təlim-məşq toplanışları zamanı daha çox əziyyət çəkmələridir. Təlimlərdə qarşımıza müəyyən hədəflər qoyuruq və bu cür yarışlarda həmin nöqtəyə çatmaq üçün səy göstəririk. Bakıda gördüklərimə gəlincə, paytaxtınızı çox bəyənirəm. İmkan olduqca gəzməyə çıxırıq. Yüksək mərtəbəli binalar, işıqlı küçələr, ictimai-iaşə obyektlərinin çoxluğu Bakıya gözəllik verir. Bakı Atıcılıq Mərkəzi isə sözün bütün mənalarında möhtəşəmdir. Müasir standartlara cavab verir, iştirakçılar üçün hər cür şərait var. Şəxsən bura gələndə zövq alıram”.

Bürünc medalın sahibi fransalı Lukas Bernar Denis Kriz də Bakı Atıcılıq Mərkəzinin dünyada ən yaxşı qurğu olduğunu gizlətməyib: “Mənim üçün xoş gündür. Bürünc medalı əla adlandıra bilmərəm. Daha yaxşısını edə bilərdim. Çinli rəqiblərim bu gün sözün hər mənasında möhtəşəm idi. Üçünçü yer uğrunda mübarizədə Finlandiyadan olan atıcı ilə xallarımızın bərabərə qalması, əlavə atışlara ehtiyac duyulması və həmin məqamda üstünlük göstərməyim ümidimi artırmışdı. Lakin artıq gec idi. Çünki çinlilər xal fərqini artırmışdılar. Buradakı atəş meydanları əladır. Mənə görə dünyanın ən yaxşı mərkəzidir. Xüsusən final zalından hədsiz zövq alıram. Bu, Azərbaycana dördüncü səfərimdir. Bakıda özümü olduqca rahat hiss edirəm”.

Paylaş

Xəbər lenti

Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR