11-05-2024, 10:03 457

Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb

Azərbaycanın Qırğızda Səfirliyinin təşkilatçılığı ilə Bişkek şəhərində yerləşən Heydər Əliyev adına 20 saylı məktəb-gimnaziyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

"AVESTA.AZ" xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, «Birlik» Azərbaycan diaspora təşkilatının fəalları və diaspora üzvləri, 20 saylı məktəb-gimnaziyanın müəllim və şagird heyəti iştirak ediblər.

İlk öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülmüş, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin əvvəlində hər iki ölkənin himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kanikey Alimkulova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adının 20 nömrəli məktəb-gimnaziyaya verilməsindən fəxr hissi duyduqlarını söyləyib.

O qeyd edib ki, ölkələrimiz arasında münasibətlərin genişlənməsi fonunda Heydər Əliyev adına təhsil ocağının üzərinə böyük məsuliyyət düşür. Şagirdlərin təlim və tərbiyəsində, vətənpərvər insan kimiformalaşmasında Heydər Əliyev şəxsiyyətinin böyük əhəmiyyətli rolu və təsiri vardır.

Açılış nitqindən sonra tədbir iştirakçılarına Heydər Əliyevə həsr olunmuş “Azərbaycan böyük addımlarla irəlləyir” adlı sənədli film nümayiş etdirilib. Film böyük rəğbətlə qarşılanıb və şagirdlərdə Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu haqqında canlı təsəvvür yaranıb.

Sonra çıxış edən Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Heydər Əliyevin iki qardaş ölkə arasında münasibətlərin qurulmasında çox mühüm rol oynadığını bildirib. Azərbaycanın dövlət rəsmiləri arasında ilk dəfə olaraq Qırğızıstana məhz Heydər Əliyevin səfər etdiyini, “Manas”ın 1000 illiyinə həsr olunmuş tədbirdə çıxış edərək “Manas”in dilinin ortaq dilimiz olduğunu söylədiyini xatırlatıb.

Səfir bildirdi ki, Prezident İlham Əliyev Ulu Öndərin yolunu davam etdirərək ölkələrimiz arasındakı münasibətləri daha da inkişaf etdirməkdədir. Son illər ərzində ölkə başçılarının qarşılıqlı səfərləri, xüsusi ilə Qırğızıstan Prezidenti Sadir Japarovun Azərbaycana aprel ayında baş tutmuş son səfəri və səfər çərçivəsində Bakı şəhərinin mərkəzi prospektlərindən biri olan - Azadlıq prospektində Çingiz Aytmatovun heykəlinin açılışı, ölkəmiz tərəfindən maliyyələşdirilən Azərbaycan-Qırğız investisiya fondunun büdcəsinin 4 dəfə artırılaraq 100 milyon dollara çatdırılması, İssık-Kul gölü ərtafında Azərbaycan tərəfindən böyük 5 ulduzlu otel kompleksinin tikilməsiəməkdaşlığımızın yüksələn xətlə inkişafetməsinin bariz nümunəsidir.

Prezident İlham Əliyevin göstərişi ilə 20 nömrəli məktəb-gimnaziyada Qırğızıstanda ilk dəfə olaraq yüksək texnologiyalı avadanlıqlarla 6 otaqda STEAM mərkəzi təchiz olunması uşaqlara olan onun sevgisinin nümunəsidir.

Səfir Heydər Əliyevin haqqında danışaraq qeyd edib ki, O, bizə dövlət idarəçiliksirlərini öyrətmiş, insanlara qayğı ilə yanaşmağı nəsihət etmişdir. Heydər Əliyev öz çıxışlarında həmişə bildirirdi ki, dövlət işində hazırlıqlı yüksək mədəniyyət və mənəviyyata xas olan insanlar işləməlidir ki, pisi yaxşıdan, xəyanəti səhvdən ayıra bilsin. Həmin şəxslər elə bir səviyyədə olmalıdır ki, şairlə, akademiklə və bu kimi insanlarla söhbət edə bilsinlər.

Daha sonra 20 saylı məktəb-gimnaziyanın 9-cü sinif şagirdi Kasımaliev Edil çıxış edərək söyləyib ki, Prezident İlham Əliyevin dəvəti ilə məktəbli yoldaşları ilə birgə Bakıda səfərdə olub. O, səfər zamanı Bakının gözəlliyinə heyran qaldığını, Azərbaycan xalqının sadə və zəhmətkeş insanlarına böyük hörmət və sevgisinin yarandığını söyləmiş, Heydər Əliyev Mərkəzini ziyarət etdikdən sonra yaranan xoş təəssüratları ilə bölüşüb.

Paylaş

Xəbər lenti

Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR