
Hazırda 168 azərbaycanlı doktorant xaricdə təhsil alır.
“AVESTA.AZ” xəbər verir ki, bunu “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun rəhbəri Turan Topalova “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
O qeyd edib ki, həmin şəxslər 22 ölkədə təhsilini davam etdirir: "İlk sırada Türkiyə qərarlaşıb (34 %). Doktorantlar əsasən 7 prioritet ixtisas istiqamətində oxuyurlar. 12 doktorantın bu il məzun olacağı gözlənilir".
"2019-2023 Dövlət Proqram" çərçivəsində 2 bakalavriat, 2 magistratura ikili diplom proqramı olmaqla 4 beynəlxalq ikili diplom proqramı həyata keçirilir. 5-ci proqramın icrası isə hazırlıq mərhələsindədir. İlin sonuna qədər işlərin yekunlaşacağı gözlənilir. Hazırda 558 tələbə ikili diplom proqramı üzrə təhsil alır. Artıq 42 məzun proqramı tamamlayaraq məzun olub və işlə təmin ediliblər", - T.Topalova vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.