
İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) nəqliyyat vasitələrinin tam könüllü (KASKO) sığortası üçün açıq tender elan edib.
“AVESTA.AZ” xəbər verir ki, tenderdə iştirak haqqı 30 manat təşkil edir.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini iyunun 5-i, saat 09:00-a qədər AZPROMO-nun yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 44 ünvanına təqdim edə bilərlər.
Təkliflərə iyunun 5-i, saat 09:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu xidmətləri göstərilməsi üçün AZPROMO Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti ilə 4 837 manat dəyərində olan müqavilə imzalayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.