
Rusiya Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə -a ölkənin hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib.
“General-leytenant Kuznetsov cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. İşin istintaqı Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi tərəfindən aparılır. Artıq müstəntiq general barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edib”, – agentliyin həmsöhbəti açıqlayıb.
Qeyd edək ki, Kuznetsov daha əvvəl Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Səkkizinci İdarəsinə və Dövlət Sirlərinin Mühafizə Xidmətinə başçılıq edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.