
"Ötən il milli qanunvericilik bazası "" saytına üç milyona yaxın giriş olub".
"Report" verir ki, bunu Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin Hüquqi Aktların Dövlət Reyestri şöbəsinin rəisi Mahir Yolçuyev deyib.
İdarə rəisi bildirib ki, üç il əvvəllə müqayisədə sayta giriş artıb: ""a 2019-cu ildə 2 milyon, 2020-ci ildə 2 milyondan çox, 2021-ci ildə 3 milyona yaxın giriş olub. Bu ilin 8 ayı ərzində isə artıq bu rəqəm 2 milyona çatıb".
M.Yolçiyev bu il ərzində “” saytına girişlərin 90 faizinin Azərbaycandan, 10 faizi isə digər ölkələrin ərazisində olduğunu qeyd edib. Bura Fransa, ABŞ, Türkiyə, Rusiya, Almaniya, Böyük Britaniya, Gürcüstan və s.ölkələr daxildir.
Girişlərin təxminən 60 faizi kompüter, 40 faizi isə mobil cihazlar vasitəsi ilə həyata keçirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.