15-05-2024, 11:39 1029

Ənənəvi “Prado” indi

Əfsanə olaraq xatırlanmaq, yoxsa zamanla ayaqlaşmaq? Tamamilə yenilənmiş "Prado" yeni "Land Cruiser 250" modeli ilə öz əfsanəsini davam etdirir. Son dövrlərdə yolsuzluq avtomobillərinə qarşı artan marağı görən yapon mühəndislər verə biləcəkləri ən düzgün qərarı verdilər və öz irsinə sadiq qalan güclü "Land Cruiser" modelini təqdim etdi.

Yeni "Land Cruiser 250" aqressiv görünüşü ilə ənənəvi, yeni dizayn elementləri ilə isə müasir ofrouder ruhunu özündə cəmləyir. Çətin şəraitlərdə inanılmaz dözümlülük göstərən, zədələnmələr zamanı rahatlıqla dəyişə bilən detallar avtomobilin etibarlı görünüşünün təməlində dayanır. Keyfiyyəti ifadə edən sadə, amma müasir dizayn isə avtomobilin professionallığının göstəricisidir. Funksional hissələr zədələnmələrdən qorunmaq üçün ön faralarla birlikdə yüksəkdə yerləşdirilmişdir.

Ön mərkəzdə və arxadakı ənənəvi "Toyota" loqotipi avtomobilin məqsədli görünüşünü tamamlayır. Düzbucaqlı LED və dairəvi bi-LED faralar standart fara seçimləri arasındadır. Sürücünün yolu daha yaxşı görməsi üçün öndə olan kor nöqtələr azaldılıb. Yan güzgülər qapıya bərkidilib və yan şüşələr "Toyota BJ70" modelindəki kimi aşağı endirilib.

Yeni “Land Cruiser” fərqli komplektasiyalara uyğun olaraq 18 və 20 düymlük disklərlə təmin olunmuşdur. Alıcılara boz dam ilə tandem yaradan “Smoky Blue” və qum çaları da daxil olmaqla müxtəlif rəng seçimləri təklif edilir.

Geniş aksesuar seçimi sürücülərə öz avtomobillərini istədikləri kimi bəzəməyə və gücləndirməyə fürsət yaradır.

Avtomobilin daxili dözümlülük, yüksək keyfiyyət hissi ötürən və yorğunluğu azaltmağa yönəlmiş tədbirlərlə zəngindir. Sükan arxasında oturduqda hiss edəcəyiniz ilk şey təhlükəsizlik və funksionallıqdır.

Sürücü kombimetri və multimedia ekranı rahat görünməsi üçün yüksəkdə yerləşdirilib. Sürətli və intuitiv istifadə üçün sürüş idarə panelləri əlinizin altındadır. Rəqəmsal multimedia displeyi bütün işıqlandırma şəraitində rahatlıqla oxunacaq formada, yüksək qrafik keyfiyyətlə hazırlanmışdır və komplektasiyadan asılı olaraq 9 və 12,3 düym seçimləri var.

"Multi-Terrain Select" kimi sistemləri idarə etmək üçün istifadə edilən seçimlər və düymələrin dizaynı haqqında peşəkar ralli sürücüləri ilə müzakirə olunub və sürücünün onlara baxmadan rahat formada istifadə edə bilməsi üçün standartlaşdırılıb.

Yeni "Land Cruiser" həm beş, həm də yeddi yerlik interyer təklif edir. Ön oturacaqlar yolsuzluq şəraitində dəstəkləyici qurğularla təmin olunmuşdur və qurğuların fərqli güc tənzimləmələri var.

Ümumilikdə avtomobilin daxili ən çətin yollarda belə təhlükəsiz, gündəlik sürüşlərdə belə olduqca rahat hiss etdirəcək dizayna və daim fərahlıq hiss ötürəcək genişliyə sahibdir.

Azərbaycanda "Land Cruiser 250" üç fərqli mühərriklə təqdim olunacaq. Bunlardan birincisi 204 at gücünə sahib olan 8 pillə transmissiyalı yenilənmiş 2.8 litrlik dizel mühərrik, ikincisi 163 at gücünə sahib olan 6 pillə transmissiyalı 2.7 litrlik benzin mühərrik və sonda tamamilə yeni 279 at gücünə sahib olan 8 pillə transmissiyalı 2.4 litrlik turbo benzin mühərrikdir.

Yeni model rahatlıq və təhlükəsizliklə bağlı yeniliklərlə yanaşı, güclü performansında da irəliləyişlərə sahibdir. 2.8 litr turbo-dizel mühərrik, sürüş qabiliyyətinin və səmərəliliyin artırılması üçün yenidən işlənilib. Avtomobil artıq 8 mərhələli avtomat sürətlər qutusuna sahibdir. 500 Nm-ə qədər tork yarada bilən mühərrik 3500 kq-dək yük daşıma gücünə sahibdir.

Mühərrikin inkişafı zamanı əsas prioritet həm yolda, həm də yolsuzluq şəraitində sürətlənmənin idarə olunması idi. Mühəndislərin əsas məqsədi sürüş hissinin mexaniki sürətlər qutusundakı kimi birbaşa ötürülməsi idi.

Yeni transmissiya performansı və yanacaq qənaətini artırmaq üçün nəzərdə tutulmuşdur, səssiz performans təklif edir və səkkiz pilləlidir.

Yeni modelin ən böyük üstünlüyü onun yolsuzluq şəraitində göstərdiyi performansıdır. Bu isə onun bu sahədə olan innovativ yenilikləri ilə əlaqəlidir.

"Crawl Control" yolsuzluq şəraitində, enişli yollarda sürəti stabil saxlamaq üçün istifadə olunur. O, mühərrikin torkunu və əyləcin təzyiqini idarə edərək sürətli enişlərin və ani durmaların qarşısını alır. Beləcə sürücünün bütün diqqəti sükanın idarəsinə yönəlir.

Crawl Control L4 rejimində işləyir. Sürücü konsoldan müxtəlif şəraitlərə uyğun 5 sürət seçimindən birini seçə bilər.

Yeni “Land Cruiser” yolsuzluq performansını artırmaq və standart yollarda daha rahat sürmək kimi ikili üstünlüklərə malik Stabilizatorun Ayırma Mexanizmindən (SDM) istifadə edən ilk “Toyota” modelidir.

Fərqli şəraitlər fərqli sürüş ssenariləri tələb edir. Yenilənmiş model bu ssenarilərin öhdəsindən layiqincə gəlmək üçün "Multi-Terrain Select" sistemi ilə təchiz olunmuşdur. Sistem sükanı, hərəkət qüvvəsini və hidravlik əyləc sistemini avtomatik olaraq tənzimləyərək hər şəraitə uyğunluq göstərə bilir. Beləcə avtomobil palçıqlı, qumlu daşlı və ya adi yolları ayırmadan hər dəfəsində ideal sürüş təcrübəsi verir.

Bütün funksiyalar bir-biri ilə harmoniya içindədir. Məsələn, avtomobil “Panoramic View Monitor” sayəsində ətrafı geniş formada görməyə “MTS” sayəsində isə ətrafda olan maneələri gücləndirilmiş manevr bacarığı ilə aşmağa imkan yaradır.

Bütün texniki göstəricilərini, yeniliklərini nəzərə alaraq demək olar ki, avtomobil gündəlik, ən adi sürüşlərdən tutmuş keçilməsi mümkünsüz görünən ən çətin şəraitlərə qədər hər işin öhdəsindən gəlmək üçün hazırlanmış əsl yapon mühəndisliyi nümunəsidir.

Şotlandiyanın Ballater qəsəbəsinin nəfəs kəsən mənzərələri arasında təqdim olunan yeni nəsil "Toyota Land Cruiser 250" haqqında ətraflı məlumatı "Toyota Qafqaz" şirkətinin Azərbaycan üzrə nümayəndəsi Sabir Kazımzadənin videotəqdimatından əldə edə bilərsiniz.

Paylaş

Xəbər lenti

Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR