
Bu gün keçirilən AFFA-nın Lisenziya Komissiyasının iclasıda Premyer Liqada çıxış edən 6 kluba UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya verilib.
"AVESTA.AZ" assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Turan Tovuz” və Zirə” 2024/2025 avrokuboklar mövsümü üçün lisenziya əldə edib.
"Səbail", "Kəpəz", "Araz Naxçıvan" və "Qəbələ" kollektivlərinə isə lisenziya verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.