15-05-2024, 23:58 251

Qərbi Azərbaycan Xronikası: Adı ləğv edilərək ərazisində mərzlik yaradılan rayon

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə xalqımızın tarixini əks etdirən, adı erməniləşdirilən Sərdarabad rayonu haqqında süjet hazırlanıb.

"AVESTA.AZ" xəbər verir ki, “Sərdarabad niyə Hoktamberyan adlandırılıb?” adlı süjetdə erməni ideologiyasının saxtakarlıq üzərində qurulmasından, onların zaman-zaman etnik təmizləmə siyasəti aparmaqla tarixi yer-yurd adlarını dəyişdirməsindən bəhs olunur.

Bildirilir ki, İrəvan xanlığının Sərdarabad mahalında yerləşən eyniadlı rayon ərazisi cənubdan Sürməli, qərbdən Səədli, şimal-qərbdən Talın, şimal-şərqdən Karpibasar, şərqdən isə Zəngibasar mahalları ilə əhatə olunub. İrəvan xanı Hüseyn Əli xanın tikdirdiyi Sərdarabad qalasının yerləşdiyi rayon ərazisi 1827-ci ildə Çar Rusiyası tərəfindən işğal edilib. 1850-ci ildən 1930-cu ilə kimi İrəvan quberniyasının Eçmiədzin qəzasının tərkibində olub. Sərdarabad adı Qafqazın 5 verslik xəritəsində qeyd edilib. Burada 1897-ci ildə xeyli sayda azərbaycanlı yaşayıb və 1905-1906-cı, eləcə də 1918-1920-ci illərdə ermənilərin törətdikləri qırğınlar nəticəsində isti ocaqlarını tərk ediblər.

Qeyd olunur ki, Sərdarabad inzibati rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb. 1935-ci il martın 2-nə qədər Sərdarabad rayonu, həmin tarixdən etibarən isə Böyük Oktyabr Sosialist İnqilabının şərəfinə Hoktamberyan adlandırılıb. 1983-cü ildə rayonun ərazisi iki yerə bölünüb və bir hissəsində yeni Bağramyan rayonu yaradılıb. 1992-ci ildə Sərdarabad, yəni Hoktemberyan rayonunun adı dəyişdirilərək Armavir adlandırılıb.

Diqqətə çatdırılır ki, bu rayonda yaşayan azərbaycanlıların bir hissəsi 1948-1953-cü illər, son hissəsi isə 1988-ci ilin deportasiyasında doğma yurdlarından məcburi qovulublar: “Hazırda yalnız ermənilərin yaşadığı bu ərazilərdən azərbaycanlılar didərgin salındıqdan sonra saxtalaşdırma əməliyyatına start verilib. Belə ki, mərhələli şəkildə rayon üzrə 35-dək tarixi yer adları dəyişdirilib. Nəhayət, Ermənistan parlamentinin 1995-ci il 7 noyabr tarixli qərarı ilə Sərdarabad, yəni Hoktemberyan-Armavir, eləcə də Bağramyan və Üçkilsə, yəni Eçmiədzin rayonları ləğv edilib və onların ərazisində inzibati mərkəzi Armavir şəhəri olan eyni adlı mərzlik yaradılıb”.

Sonda vurğulanır ki, Qərbi Azərbaycanın başqa bölgələri kimi, Sərdarabad rayonu da erməni-hay kimi şovinist bir etnik toplumun düşmənçilik hərəkətlərinin hədəfinə çevrilib: “Lakin artıq zaman dəyişib. Hədəfimiz tarixi həqiqətləri üzə çıxarmaqla yanaşı, haqq-ədalətin bərpası və tarixi torpaqlarımıza qayıdışdır. Bu qayıdışın vaxtı isə uzaqda deyil”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında mayın 15-də saat 19:30-da "Baku Tv"nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Azərbaycanda icra başçısının sabiq müavini vəfat edib Bu gün, 18:48 100 yaşlı qadın 67 ildir barista işləyir - Tətilə belə çıxmayıb Bu gün, 18:48 Osman Sınav vəfat etdi Bu gün, 18:48 Karantin müddəti niyə uzadıldı? - Deputat səbəbi AÇIQLADI Bu gün, 18:48 Bakıda külək güclənib, regionlarda qar və yağış yağır - FAKTİKİ HAVA Bu gün, 18:48 Bakı həbsxanasında saxlanılan hindistanlı "kriminal avtoritet" ölkəsinə ekstradisiya ediləcək Bu gün, 17:48 Azərbaycanda dövlət məmuru gənc yaşında vəfat edib Bu gün, 17:48 Robert Fitso: "Slovakiya Azərbaycandan svop qaz tədarükünü müzakirə edir" Bu gün, 17:48 Putin Rusiyada yaşayan ukraynalılarla bağlı fərman imzaladı Bu gün, 17:48 Ramazan ayında Novruz - Sağlam bayram süfrəsi üçün bunlara diqqət edin Bu gün, 17:48 Abşeronda göl DAŞDI - Evlər su altında qaldı Bu gün, 16:48 Bakının üç rayonunda silah-sursat aşkarlanıb Bu gün, 16:48 Sabah avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq Bu gün, 16:48 Çiyələyin inanılmaz faydaları üzə çıxıb Bu gün, 16:48 Britaniya səfirliyi: Novruzun yeni ümidlər və başlanğıclar gətirməsini arzulayırıq Bu gün, 16:48 Rusiyada türk seriallarının yayımlanması qadağan edilir? Bu gün, 15:48 Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib Bu gün, 15:48 "YouTube"nin işində problemlər yaranıb Bu gün, 15:48 İntihar edən gənc şair əməliyyat olunub Bu gün, 15:48 Qriqoryan: Azərbaycanla sülh müqaviləsinin imzalanma yeri və vaxtı hələ müəyyən edilməyib Bu gün, 14:48 Ağrıları azaltmağın yolu tapıldı Bu gün, 14:48 Bəzi iaşə obyekti sahibləri barədə inzibati tənbeh tədbirləri görülüb Bu gün, 14:48 Ermənistan-Türkiyə sərhədi 11 günlük açılacaq Bu gün, 14:48 Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ Bu gün, 14:48 SOCAR-ın prezidenti Con Ardil ilə görüşüb Bu gün, 13:48 Bu gecə ehtimal edilən ikinci Qədr gecəsidir Bu gün, 13:48 Ekrem İmamoğlunun həbsindən sonra internetdə təxribat törədənlərin sayı açıqlanıb Bu gün, 13:48 Bayram tətilində hara getməli? - "Kaspi"nin araşdırması Bu gün, 13:48 Rusiyada miqrant əlinə silah alıb küçədə rəqs etdi Bu gün, 13:48 Ən uğurlu insanlar bu aylarda doğulub Bu gün, 12:48 Türkiyəli sürücü Ələt-Astara yolunda qəfil vəfat etdi Bu gün, 12:48 Narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olunub Bu gün, 12:48 Moskva əhalisinə martın 23-ü ilə bağlı xəbərdarlıq edilib Bu gün, 12:48 Bakıda qadını şəkilləri ilə şantaj etməkdə şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 12:48 "Kişinin də arvadı artist olar?" - Xalq artisti Bu gün, 11:48 Saqqız çeynəyənlər mütləq oxusun - Zərərləri açıqlandı Bu gün, 11:48 Novruz bayramını Qarabağda qeyd etmək istəyənlərin DİQQƏTİNƏ Bu gün, 11:48 Xırdalanda yaşayış binasında baş vermiş yanğın söndürüldü Bu gün, 11:48 Bayramda rayona gedənlərin NƏZƏRİNƏ - DİN məlumat yaydı Bu gün, 10:48 "Qarabağ" bu futbolçusuna "qapını göstərdi": özünə komanda TAP! Bu gün, 10:48 Bu gün Beynəlxalq Xoşbəxtlik Günüdür Bu gün, 10:48 Baharda taleyi kökündən dəyişəcək yeganə BÜRC Bu gün, 10:48 Bu ərazilərdə qarın hündürlüyü 9 santimetrə çatıb - FAKTİKİ HAVA Bu gün, 10:48 Nazirlik bayramla bağlı əhaliyə təkrar müraciət etdi Bu gün, 10:48 Xronika: "Sasani sarayında tayfaların iclasında ermənilərin köçkünlər olduğu təsdiqlənir" Bu gün, 09:48 Mehriban Əliyeva Novruz bayramı ilə bağlı paylaşım edib Bu gün, 09:48 Pinqvinlərlə yaşayan sakinlərin şəhəri - Keyptaun Bu gün, 09:48 Paşinyan: Ermənistanın ərazisi çoxumuza məlum deyil Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR