9-09-2022, 13:00 558

II Elizabet - dünya tarixinin 70 ilinin şahidi - ŞƏRH

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası Elizabet Aleksandra Mariya Vindzor vəfat etdi. Dünya tarixində çoxlu dövlət başçıları ölüb. Ancaq onların arasında elələri var ki, xatırlananda böyük tarixi hadisələr, tanınmış insanlar, yeni kəşflər və s. bu kimi məsələlər də yada düşür.

Xanım kraliça Elizabet belə şəxsiyyətlərdən idi. O, 1926-cı il aprelin 21-də Meyferddə, Böyük Londonda anadan olub. II Elizabet 1952-ci il fevralın 6-da taxt-taca sahib olub, 1953-cü il iyunun 2-də isə rəsmi tacqoyma mərasimi keçirilib. O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası, həmçinin Millətlər Birliyinin sədri və bu birliyə daxil olan 17 dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın kraliçası, Fici Respublikasının Ali Başçısı, Anqlikan Kilsəsinin başçısı, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, polkovnik, Men adalarının lordu idi. Elizabet 1953-cü il mayın 29-dan 1961-ci ilədək Cənubi Afrika İttifaqının Kraliçası olub. Böyük Britaniya tərkibində dörd dövlət – İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Vindzorlar sülaləsinin nümayəndəsi idi.

Qeyd edək ki, Böyük Britaniya monarxının səlahiyyətləri 1689-cu ildə “Hüquqlar haqqında Bil”lə məhdudlaşdırılıb. “Tacın varisliyini nizamlayan, təbəənin hüquq və azadlıqlarını bəyan edən akt" 1689-cu il dekabrın 16-26-da baş vermiş "Şanlı İnqilab" nəticəsində İngiltərə Parlamenti tərəfindən qəbul edilmiş aktdır. Britaniya Konstitusiyasının əsas hissələrindən biri, insan hüquqlarını qanuni olaraq təsdiq edən ilk sənədlərdəndir. Üç əsrdən artıqdır Britaniya monarxının səlahiyyətləri məhdudlaşdırılıb. Onun fəaliyyəti daha çox rəmzi xarakter daşıyır. Bununla belə, onun sənədlər qəbul edilməsi və hökumət başçısının təsdiqi ilə bağlı müəyyən həlledici səlahiyyətləri var.

Kraliça 70 ilə yaxın dövr ərzində Birləşmiş Krallıqda birləşdirici fiqur rolunda çıxış edib. Bəs II Elizabetin hakimiyyəti illərində yada ilk olaraq hansı hadisələr düşür? Onun dövlət başçısı olduğu ilk illərdə Baş nazir İkinci Dünya müharibəsinin qaliblərindən olan Uiston Çörçil idi. O vaxtkı SSRİ-yə isə İosif Stalin başçılıq edirdi. Böyük Britaniya İkinci Dünya müharibəsindən sonra müstəmləkə torpaqlarının böyük bir hissəsindən çıxdı. Hindistan, Pakistan, Banqladeş və s. dövlətlər yarandı. Ölkədə kommunistlərin, sol ideologiyanın daşıyıcılarının sayı kəskin artdı. İranın Orta Şərqdə əsas müttəfiqlərindən sayılan Brtaniyaya qarşı hərəkat baş verdi, Pəhləvilər rejimi devrildi, Xomeyni və Xamənei hakimiyyətə gəldi. Ölkə iqtisadiyyatında böhran, siyasi gərginlik yeni liderin meydana çıxmasına şərait yaratdı. Ötən əsrin 70-ci illərində Marqaret Tetçer Baş nazir oldu. “Dəmir ledi” keçmiş SSRİ-nin dağılmasında rol oynamış əsas siyasi fiqurlardan sayılır. Düzdür, o, sovetlər süquta uğrayanda hökumət başçısı deyildi. Ancaq 70-ci illərdə krallıqda sovetlərə qarşı çıxış edən başlıca siyasətçilərdən idi.

II Elizabet dünyanın ən böyük imperiyası sayılan sovetlərin dağılmasının şahidi oldu. Avropada müharibə və silahlı münaqişə, Yuqoslaviya Sosialist Federativ Respublikasının parçalanması da yada düşür. Kraliçanın hakimiyyəti illərində Böyük Britaniya real parçalanma təhükəsindən xilas olub. “Şin Feyn” Partiyası və İrlandiya Respublika Ordusu İrlandiya Respublikası ilə Şimali İrlandiyanın birləşməsi uğrunda mübarizənin güclənməsi, onlarla danışıqlar, əldə edilən razılıqlar və s. yada düşür. Şotlaniyada keçirilən müstəqillik haqqında referendum da Böyük Britaniya üçün həyəcanlı günlər idi. Kraliçanın hakimiyyəti illərindən bəhs edəndə “Ərəb baharı”, ərəb dövlətlərində diktatorların - Misirdə Hüsnü Mübarək, Liviyada Müəmmar Qəddafi, İraqda Səddam Hüseyn və başqalarının hakimiyyətinin devrilməsi ilə bağlı hadisələr də xatırlanır. Suriya, Yəmən və Ukraynanın xarabazara çevirilməsi yada düşür. "Əl-Qaidə", İŞİD, PKK, ASALA kimi terror təşkilatlarının yaranması və fəaliyyəti də xatirələrdədir. Əfqanıstanda monarxın devrilməsi, sovet qoşunlarının bu ölkəyə girməsi və çıxması, “Taliban”ın Əfqanıstanda iki dəfə hakimiyyətə gəlməsi, Britaniyanın bu məsələdə fəallığı və hadisələr də unudulacaq tarixi hadisələr deyil. Kraliça xatırlananda Yunanıstanda, İspaniyada, Fransada diktatura rejimlərinin siyasi səhnədən getməsi kimi Avropa taleyüklü olaylar qeyd edilir. Britaniyanın ABŞ-la ən yaxın müttəfiqliyini nəzərə alsaq, Vyetnamın Ştatlarla strateji əməkdaş olmasına dair razılaşmanı xatırlamalayıq. Papa Benediktin istefası da kraliçanın yaşadığı illərdə baş verib. Britaniya-Vatikan əlaqələrindən danışanda bu məsələ xatırlanacaq...

Nəhayət, II Elizabetdən bəsh edəndə Rusiyanın Ukraynada apardığı müharibə və Böyük Britaniyanın bu istiqamətdə oynadığı fəal rol da yada düşəcək. Britaniyanın taleyüklü hadisələri illərində baş nazirlər olmuş Tereza Mey, Boris Consondan da bəhs ediləck. Yeni baş nazir adaşı Trasdan da söz açılacaq. O, Böyük Britanyanın 78-ci və kraliçanın 70 illik hakimiyyəti illərində qəbul etdiyi 15-ci baş nazirdir. Yarıməsr əvvəlki kimi krallıqda Rusiya hakimiyyətinə qarşı radikal çıxış edən yeni şəxs, Elizabet Tras hökumət başçısı seçilb.

Ötən illər kraliçanın ailəsində qalmaqallar da olub - şahzadə Diananın ölümü, nəvələrin ailə qurduqları xanımlarla bağlı gəzən söz-söhbətlər və s.

II Elizabet uzunmüddətli və uzunömürlü kraliça olaraq rekord vurduğu kimi uzunömürlü ailə başçısı da olub. O, şahzadə-konsort, Edinburqun hersoqu Filipp Maukbettenlə 1947-ci il noyabrın 20-dən 2021-ci il aprelin 9-dək ailəli olub. Hersoq Filipp 1921-ci ildə Yunanıstanda anadan olub, 2021-ci il aprelin 9-da Britaniyada vəfat edib.

II Elizabet təkcə ölkəsində və dünyada baş vermiş önəmli hadisələrin şahidi deyil, həm də tarixin sirlərini özü ilə məzara aparan kraliça idi. Beləliklə, məşhur deyimi Britaniyadakı vəziyyətə uğunlaşdırsaq belə olar: “Kraliça öldü, yaşasın III Çarlz!”.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR