17-05-2024, 00:18 513

Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı

Sakit okeanın cənubunda xırda bir arxipelaq özünü dünya siyasətinin mərkəzində tapıb. Həftənin əvvəlindən Yeni Kaledoniyada (Fransanın dənizaşırı ərazisi – red.) Beşinci respublikanın müstəmləkəçilik siyasətinin əleyhdarlarının təşkil etdiyi etiraz aksiyaları davam edir.

“AVESTA.AZ”un NEWS.ru-ya istinadən verdiyi xəbərə görə, Yeni Kaledoniya parlamentində Fransadan müstəqillik tələb edən deputatların sayı artıq, demək olar, yarıya çatıb.

Bazar ertəsi arxipelaqın paytaxtı Numeada müstəqillik tərəfdarlarının dinc nümayişi çaxnaşmaya çevrilib. Onlarla mağaza, aptek və yanacaqdoldurma məntəqəsi yandırılıb və talan edilib. Biri 22 yaşlı jandarm əməkdaşı daxil olmaqla 4 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. O vaxtdan bəri adalarda həm dinc etirazlar, həm də polislə toqquşmalar, qırğınlar və yanğınlar davam edir. İqtidar bu hadisələri 1980-ci illərdəki oxşar hadisələri xatırladan “üsyan”la müqayisə edib.

Yeni Kaledoniya bir böyük və bir qrup kiçik adadan ibarət arxipelaqdır. Beşinci respublikanın bu “xüsusi inzibati-ərazi quruluşu” Avstraliyanın şərqində, Sakit okeanın cənubunda yerləşir. Əhalisi 245 min nəfərdir ki, onlardan, demək olar, 100 mini paytaxt Numea şəhərində yaşayır.

“Adanın avtoxton əhalisi – kanaklar – sakinlərin 40 %-dən azını təşkil edir, onlar daim müstəqillikdən yana düşünürlər. Müstəqillik hərəkatı 20-ci əsrin ikinci yarısından bəri mövcuddur, indiki iğtişaşlar hələ 80-90-cı illərdə olmuşdu”, – Sankt-Peterburqdakı Uzaq Şərq ölkələrinin Tədqiqatı Mərkəzinin rəhbəri Kiril Kotkov NEWS.ru-ya müsahibəsində qeyd edib.

O, Fransanın Yeni Kaledoniyada digər metallarla yanaşı ən böyük nikel yatağına sahib olduğunu vurğulayıb.

“Fransa üçün Yeni Kaledoniya itirmək istəmədikləri mühüm müstəmləkədir. Eyni zamanda, adada hər dördüncü insan yoxsulluq həddinin altında yaşayır. Qeyd etmək lazımdır ki, Fransa özünü hərbi bazalarının yerləşdiyi Sakit okeanda supergüc hesab edir. Bu gün isə Hind-Sakit okean regionu qlobal iqtisadi inkişafın mərkəzinə çevrilir. Ona görə də Fransanın Yeni Kaledoniyanı saxlaması vacibdir. Onu itirmək bir siyasətçi kimi Makron üçün, ümumilikdə isə müstəmləkəçi dövlət kimi bütün Fransa üçün son zərbə olacaq”, – Rusiya Dövlət Dumasının Ekologiya, təbii sərvətlər və ətraf mühitin mühafizəsi komitəsinin üzvü Cəmaləddin Həsənov bildirib.

Onun sözlərinə görə, Makron və komandası yerli əhalinin maraqlarını nəzərə almır və onların “onsuz da məhdud qalmış hüquqlarını” pozan qanun layihələri qəbul edir.

1980-90-cı illərdə Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında kütləvi toqquşmalar başlayıb və bu, az qala vətəndaş müharibəsinə gətirib çıxarıb. Nəticədə sülh sazişi imzalanıb – müstəqillik tərəfdarları Parisdən muxtariyyət hüquqlarını əhəmiyyətli dərəcədə genişləndirməyə nail olublar.

Beləliklə, 1998-ci ildə imzalanan Numea razılaşması müstəqilliklə bağlı üç referendumun keçirilməsinə zəmanət verib. Üstəlik, sənədə əsasən, bu referendumlarda yalnız müqavilə bağlanan zaman – 1998-ci ildə seçici siyahılarına daxil edilmiş vətəndaşlar və onların övladları səsvermə hüququna malik olub. Belə ki, sonradan arxipelaqda məskunlaşan etnik fransızların səsvermə hüququ yox idi.

“Politico” qəzetinə görə, Fransa rəhbərliyi hesab edir ki, iğtişaşlar Rusiya və Azərbaycandan idarə olunur.

Bakı artıq Fransa hökuməti üzvlərinin həmlələrinə cavab verib. Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın daxili işlər naziri Darmaninin iğtişaşlarda iştirakı ilə bağlı bəyanatını təkzib edib, bu cür təhqiramiz açıqlamaları pisləyib və qarayaxma kampaniyasına son qoyulmasını istəyib. Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə Parisin müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı cinayətlər, eləcə də milyonlarla insanın qətlə yetirilməsi tarixini xatırladıb. O, Darmaninə “öz ölkəsinin uğursuz xaric siyasətinə diqqət yetirməyi” tövsiyə edib.

“Bu adalar müstəmləkəsizləşdirilməli olan ərazilər siyahısındadır, ancaq Fransa adanın əlverişli mövqeyini nəzərə alaraq orada müstəqillik elan etmək istəmir”, – Milli Məclisinin deputatı Rasim Musabəyov “NEWS.ru”ya deyib.

Onun sözlərinə görə, Paris bu ərazilərin etnik tərkibinin yerli əhalinin xeyrinə dəyişməməsi üçün hər şeyi edir. O qeyd edib ki, Bakının etirazçılara hansısa formada dəstək verməsi ilə bağlı faktlar yoxdur.

“Azərbaycanın etirazçıları maliyyələşdirməsi və ya silahla təmin etməsi ilə bağlı heç bir fakt yoxdur. Nümayəndələri Bakıdan xəbərsiz Qarabağa səfər edən Fransa hökumətindən fərqli olaraq”, – Musabəyov vurğulayıb.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR