
Qaxda evdən kişi meyiti tapılıb.
"AVESTA.AZ"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Gürcüstan Respublikası vətəndaşı, 1952-ci il təvəllüdlü Zurab Celiqadzenin meyiti Qax şəhərində kirayə qaldığı evdə aşkar edilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub.
Müayinə zamanı Z.Celiqadzenin ürəktutmasından öldüyü məlum olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.