
Şəmkir rayonunda baş nahiyəsindən odlu silahdan açılmış atəş nəticəsində ölən şəxsin meyiti tapılıb.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Bayramov Ruslan Nizami oğlunun meyiti kirayə qaldığı evdə aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Məlumata görə, meyiti tapılan şəxs rayonun Çinarlı kənd sakinidir və o, bir müddətdir Seyfəli kəndində kirayə qalırmış.
Hadisənin necə və kim tərəfindən törədildiyi araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.