
Qax rayonuna dolu düşüb.
"AVESTA.AZ"un Şimal-qərb bürosunun məlumatına görə, təbiət hadisəsi dünən axşam saatlarında Qaxın mərkəzinə, rayonun Zərnə və Ləkit kəndlərində müşahidə olunub.
Rayon sakinləri "AVESTA.AZ"un yerli bürosuna bildiriblər ki, dolu nəticəsində təsərrüfata, o cümlədən meyvə ağaclarına ziyan dəyib.
Qeyd edək ki, şimal-qərb bölgəsində son günlər qeyri-sabit hava şəraiti davam edir. Güclü leysan nəticəsində dağ çaylarında sululuq artıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.