
Fransanın "Lill" klubunun baş məşqçisi Paulu Fonseka yeni mövsümdən İtaliya təmsilçisi "Milan"ı çalışdırmağa razılıq verib.
"AVESTA.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında 2 illik müqavilə bağlanacaq.
51 yaşlı portuqaliyalı mütəxəssis 2022-ci ildən "Lill"i çalışdırır. Komanda onun rəhbərliyi altında cari mövsümdə 58 xal toplayıb və son tur öncəsi Liqa 1-də üçüncü pillədə qərarlaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.