
Azərbaycan Basketbol Liqasında üçüncü yer uğrunda növbəti matç keçirilib.
“Report” xəbər verir ki, "Xırdalan" və "NTD-İndiqo" komandaları üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində baş tutan qarşılaşma "NTD-İndiqo"nun qələbəsi ilə yekunlaşıb - 92:83.
Qeyd edək ki, bu komandalar arasında ilk görüşdə "NTD-İndiqo" 95:79 hesablı qələbə qazanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.