Cüdo üzrə Azərbaycanın gənclərdən ibarət millisi İspaniyanın Malaqa şəhərində davam edən Avropa Kubokunda iki medal qazanıb.
"AVESTA.AZ" Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təmsilçilərimiz turnirin ilk günündə 2 bürünc medal əldə edib.
Məhəmməd Musayev (66 kq) və Aydın Rzayev (73 kq) yarışda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, yarışa mayın 19-u yekun vurulacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.