21-02-2022, 12:33 960

“Nənəmin bu yaşda mənim toyumda rəqs etməsi bizə böyük sürpriz oldu...”
Bu il xalq artisti, “Şöhrət” ordenli, Dövlət Rəqs Ansamblının yaradıcısı, rəqqasə Xumar Zülfüqarovanın 95 illik yubileyidir. Böyük teatr və kino aktyoru Rza Əfqanlının ailəsində dünyaya göz açan Xumar Zülfüqarova 60 ildən çox bir müddətdə Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olmuş, saysız-hesabsız tələbələr yetişdirmişdir.
Sənətkarın sənət yoldaşı, əməkdar artist Aliyə Ramazanova Moderator.az-a bildirib ki, Xumar Zülfüqarova nəinki baletlərə quruluş verib, o tələbələri ilə birgə həmçinin milli rəqsləri də böyük həvəslə hazırlayıb.
“Bu gözəl şəxsiyyət, sənətkar bizim Xoreoqrafiya məktəbimizdə minlərlə tələbələr yetişdirib. Azərbaycanda baletin ən gözəl ustaları onun tələbələridir. Bununla bərabər Xoreoqrafiya məktəbində Azərbaycan milli rəqslərindən də dərs deyib. Xumar xanım milli rəqslərimizi bildiyinə görə 1972-ci ildə Mahnı və Rəqs Ansamblına rəhbər təyin olundu. Xumar xanım təkcə rəqsi qurmurdu, o rəqsdə geyimlərə, bəzək-düzək əşyalarına çox önəm verirdi. Xumar xanım mənim üzərimdə o rəqsləri başa salırdı, tənzimləyirdi. Yadıma gəlir ki, Danimarkada bizim çıxışımız olanda Xumar xanım sevincindən ağlayırdı, sevinc göz yaşları tökürdü” deyə sənət dostu deyib.
 
Xumar Zülfüqarovanın tələbəsi, tanınmış rəqqas Tahir Eynullayev onunla ilk tanışlığını belə xatırlayır.
“Hər zaman demişəm ki, həyatda valideynlərimdən başqa 3 nəfərə borcluyam. O mənim müəllimlərim Xumar Zülfüqarova, Leyla Vəkilova və Əminə Dilbazidir. Xumar xanımdan demək olar ki, dərs metodikasını, həyata başqa cür baxmağı öyrənmişəm. Xumar xanımla mən uşaqlıqdan tanışam, çünki incəsənət ailəsində böyümüşəm. Bəxtim onda gətirdi ki, Xoreoqrafiya Akademiyasında təhsilimi məhz Xumar xanımın sinfində başladım və onunla da bitirdim. Hamı məni dünya xalq rəqslərinin ifaçısı kimi tanıyır. Bunu da mənə Xumar xanım aşılayıb və o istedadı məndə Xumar xanım tapıb. Mənim üçün Xumar xanım böyük bir insandır. O bizə rəqsi yaşamağı öyrədib. Hər dərsdən sonra deyirdi ki, öpürəm sizi! Çox tələbkar müəllim idi. Dərsin nə qədər ağır və çətin keçməsindən asılı olmayaraq bu sözdən sonra yenidən onun bizə dərs keçməsini istəyirdik” deyə tanınmış rəqqas bildirib.
 
Xalq artistinin nəvəsi Eldar Zülfüqarov da onunla bağlı xatirələrini Moderator.az saytı ilə bölüşüb.
 
“Nəvə kimi yox, bir vətəndaş kimi deyə bilərəm ki, Xumar xanım öz sənətinin əvəzolunmaz xadimi olub. Biz 4 qardaşıq. Böyük qardaşım Anar nənəmin yolunun davamçısı idi, Xoreoqrafiya məktəbində oxuyurdu. Lakin sona qədər getmədi, digər bir peşəyə sahibləndi. Buna baxmayaraq nənəm heç vaxt razı deyildi ki, biz rəqslə məşğul olaq. Son illərində onun üçün 90 illik yubiley planlaşdırılırdı, çox əfsuslar olsun ki, nənəm o günü görmədi. İş yoldaşları zəng edib ona yubiley haqda nəsə deyəndə o qədər sevinirdi ki. Bu yaşda hər səhər durub idman edirdi. O son illərinə qədər gümrah, ağlı başında, sağlam yaşadı. Nənəm qardaşımın toyunda da oynayıb, mənim toyumda da. Amma nənəmin mənim toyumdakı rəqsi bizə böyük sürpriz oldu. Hər kəs kənarda dayanıb, ayaqüstə onu alqışlayırdı. Sanki öz hərəkətləri ilə musiqini insanlara başa salırdı” deyə sənətkarın nəvəsi bildirib.

 

Paylaş

Xəbər lenti

Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı Bu gün, 00:48 "Haber Global"ın 8 yaşı tamam olur Bu gün, 00:48 Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat Dünən, 23:48 Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar mərkəzini ziyarət edib Dünən, 23:48 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI Dünən, 23:48 Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı Dünən, 23:48 Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsində olub Dünən, 23:48 Qazaxda açıq ərazidə yanğın baş verib Dünən, 22:48 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb Dünən, 22:48 Mbappe Olisenin "Real"a keçidi ilə bağlı danışdı: "Belə məsləhət vermək hörmətsizlik olardı" Dünən, 22:48 Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib Dünən, 22:48 Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazandı Dünən, 22:48 Yeni yaranan planet aşkarlandı Dünən, 22:48 Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? - Polis ərazini nəzarətə götürdü Dünən, 21:48 ABŞ-də ağdərili cütlüyün qaradərili körpəsi ailədə qalmaqala səbəb oldu Dünən, 21:48 Şərifov: Birgə Komissiyanın 9-cu iclası Bakı və Ər-Riyad arasında əməkdaşlığa mühüm töhfə verəcək Dünən, 21:48 "Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib Dünən, 21:48 UFO kimi qəbul edilən obyektlərin sirri: Əslində nə görürük? Dünən, 21:48 Fransa İrandan diplomatiya yoluna qayıtmağı tələb etdi Dünən, 21:48 Şahin Mustafayev: "Azərbaycan Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşıdır" Dünən, 20:48 Politoloq: Paşinyanın Qarabağdakı separatçı rejimə dəstəyi Praqada əldə olunan razılaşmalarla ziddiyyət təşkil edirdi Dünən, 20:48 "Vətən daşı"nın quruluşçu rejissoru: "Çox uğurlu layihə olacaq" Dünən, 20:48 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı Dünən, 20:48 Azərbaycan və Fransanın XİN başçıları görüşüb Dünən, 20:48 Xəstə halda işə, məktəbə getmək nə qədər təhlükəlidir? - XƏBƏRDARLIQ Dünən, 20:48 Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır Dünən, 20:48 Nyu-Yorkda Azərbaycan-Belarus strateji tərəfdaşlığı müzakirə olunub Dünən, 20:48 Qəzza ilə bağlı YENİ PLAN Dünən, 19:48 Politoloq: Ermənistan Vətən müharibəsindən sonrakı 3 il ərzində danışıqlar prosesində səmimi olmayıb Dünən, 19:48 "Global Media Group" və "Report" İnformasiya Agentliyi "Vətən daşı" sənədli filmini təqdim edib Dünən, 19:48 Bakıda əmlak bazarında QİYMƏT ARTIMI: Torpaq və mənzillər bahalaşdı Dünən, 19:48 "2020-ci il müharibəsinə aparan yol "yeni müharibə – yeni ərazilər" şüarından keçirdi" - RƏY Dünən, 18:48 Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI Dünən, 18:48 Yuyulması üçün şirkətə verilən xalça yoxa çıxdı Dünən, 18:48 Bakıda sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni layihə hazırlanır Dünən, 18:48 Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib Dünən, 18:48 Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir Dünən, 18:48 Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib Dünən, 17:48 "Nar" inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib Dünən, 17:48 Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb Dünən, 17:48 Alimlər uzunömürlülüyün əsas sirrini açıqladı: Kifayət qədər yuxu Dünən, 17:48 Azərbaycanda ilk LEGO Certified Store "TORGROUP Global" tərəfdaşlığı ilə açılır Dünən, 17:48 BMT-nin sınaq həftəsi: Qlobal böhranlara çarə tapılacaqmı? Dünən, 17:48 3 maskalı şəxs Olimpiya çempionunun "Porsche"sini oğurladı Dünən, 17:48 Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü Dünən, 16:48 "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" birləşdirilib Dünən, 16:48 "Şəfa" komandasının Premyer Liqadakı fasilə zamanı planı bəlli olub Dünən, 16:48 Yeniyetməlikdə bu xəta qocalmanı SÜRƏTLƏNDİRİR: Alimlərdən ŞOK NƏTİCƏ Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR