21-05-2024, 11:45 674

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın 2023-cü il üzrə monitorinq və qiymətləndirmə hesabatı müzakirə olunub.

"AVESTA.AZ" İİTKM-ya istinadən xəbər verir ki, müzakirələr Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “Azərgold” QSC ilə birgə aparılıb.

Açılış nitqi ilə çıxış edən İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Dövlət Proqramının uğurla icra olunduğunu bildirərək 2023-cü il üzrə monitorinq nəticələri barədə məlumat verib. O qeyd edib ki, uğurlu antiterror əməliyyatından sonra Xankəndi və ətraf ərazilərin reinteqrasiyası Dövlət Proqramının icrasına müsbət təsirini göstərməklə yanaşı, həm də qarşıya qoyulmuş hədəflərdə müvafiq dəyişikliklər aparılmasını zəruri edir.

Daha sonra İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Salıfova bildirib ki, 2023-cü il üçün monitorinq Dövlət Proqramının 8 prioritet istiqamətini əhatə edən 43 tədbir, 77 alt-tədbir üzrə aparılıb. O, Dövlət Proqramının prioritetlərinin icrası çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ən mühüm layihələri diqqətə çatdırıb. Proqramın icrası çərçivəsində aparılan işlərin mövcud mineral xammal bazasının genişləndirilməsi, mineral xammala və yeraltı sulara (şirin, mineral, termal, sənaye) tələbatın ödənilməsi, dağ-mədən sənayesinin inkişafında vacibliyi vurğulanıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov proqram idarəetməsinə uyğun olaraq həyata keçirilən işlər barədə məlumat verib. Daha sonra Dövlət Proqramı üzrə əsas icraçı qurumlar olan ETSN, “Azərgold”, Geoloji Kəşfiyyat Agentliyi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin nümayəndələri çıxış edərək Proqramın icrasının sürətləndirilməsi istiqamətində rəy və təkliflərini diqqətə çatdırıblar.

Sonda V.Kərimov İİTKM-in “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində olub, buranın fəaliyyəti barədə məlumat alıb.

“Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə Prezidentinin 2020-ci il 16 mart tarixli sərəncamı ilə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin monitorinq və qiymətləndirilməsini İİTKM həyata keçirir.

Paylaş

Xəbər lenti

PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR