
Bakının Nəsimi rayonunda əcnəbi vətəndaşı olan piyadanı avtomobil vuraraq xəsarət yetirib.
"AVESTA.AZ"un məlumatına görə, rayonun Azadlıq prospektində avtomobil yolu keçən Səudiyyə Ərəbistanından olan 1997-ci il təvəllüdlü Kihani Marvaş Muhammad oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.