
Belarusun Fransadakı səfirliyi mayın 27-dən iyunun 7-dək konsulluq xidmətlərinin göstərilməsini məhdudlaşdıracaq.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin saytında deyilib.
“2024-cü il mayın 27-dən iyunun 7-dək Belarusun Fransadakı səfirliyi tərəfindən konsulluq xidmətlərinin göstərilməsi məhdudlaşdırılacaq. Bu müddət ərzində vətəndaşların şəxsi qəbulu olmayacaq. Poçtla göndərilən müraciətlərə baxılması da dayandırılıb”, – məlumatda diqqətə çatdırılıb.
Təcili məsələlərlə bağlı diplomatik nümayəndəlik Belarusun Belçikadakı səfirliyi ilə əlaqə saxlamağı tövsiyə edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.