22-05-2024, 16:53 606

“ICPC Azərbaycan” 20 illiyinə həsr olunmuş simpozium keçirilib

Mayın 18-də “Technest” təqaüd proqramı çərçivəsində “ICPC Azərbaycan” və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə təşkilatçılığı ilə “ICPC Azərbaycan”ın 20 illiyinə həsr olunmuş simpozium keçirilib.

ADA Universitetində baş tutan tədbirdə dövlət qurumlarının nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, ICPC Azərbaycan təşkilat komitəsinin nümayəndələri, tələbə komandalarının rəhbərləri, müxtəlif illərdə bu müsabiqələrdə Azərbaycanı təmsil etmiş məzunlar, o cümlədən xarici qonaqlar iştirak edib.

Simpoziumda açılış nitqi ilə çıxış edən İRİA-nın sədri İnarə Vəliyeva proqramlaşdırma müsabiqələlərinin rolunun ölkənin rəqəmsallaşmasında əhəmiyyətli yer tutduğunu qeyd edib: “Məqsədimiz istedadlı şagird və tələbələri təlimlərə cəlb edərək olimpiadalarda yüksək nəticə əldə etmələrinə dəstək olmaq, bununla da ölkədə peşəkar İKT mütəxəssislərinin sayını artırmaqdır. “ICPC Azərbaycan” çərçivəsində mövcud tədbirləri dəstəkləmək, o cümlədən gənc nəslin texnologiyanın öyrənilməsinə, istifadəsinə və inkişafına cəlb olunmasına kömək edəcək yeni müsabiqələr və təlimlər təşkil etmək də üzərində çalışdığımız çox önəmli və məsuliyyətli işlərdəndir”.

Sonra “ICPC Tələbələrin beynəlxalq proqramlaşdırma müsabiqəsi”nin Azərbaycan üzrə regional direktoru Etibar Seyidzadə çıxış edərək ICPC haqqında məlumat verib: “1977-ci ildən mütəmadi olaraq keçirilən müsabiqənin seçim mərhələlərində hər il dünyanın 100-dən çox ölkəsinin 3000-dən çox universitetindən (ən nüfuzlu ali təhsil müəssisələrindən olan) 50000-dən çox tələbə (16000-dən çox komanda) iştirak edir. Bunlardan 130-a yaxın komanda finala vəsiqə qazanır. Azərbaycan ali təhsil müəssisələrinin tələbə komandaları bu müsabiqədə 2000-ci ildən etibarən iştirak edir. 2005-ci ildən etibarən isə ICPC Azərbaycan regional müsabiqələri keçirilməkdədir. İlk dəfə olaraq ADA Universitetinin komandası bu il Misir Ərəb Respublikasının Luxsor şəhərində keçirilmiş “46-cı ICPC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”ndə Azərbaycanı təmsil edərək yüksək nəticə göstərib və fərqlənmə sertifikatına layiq görülüb”.

Tədbirin davamında Azərbaycan Mərkəzi Bankı sədrinin müşaviri Vüsal Xəlilovun moderatorluğu ilə “ICPC hərəkatı, onun İT sənayesinə və ölkənin rəqəmsallaşmasına təsiri” müvzusunda birinci panel müzakirəsi aparılıb.

Məruzəçilər: Factorial School şirkətinin qurucu və baş direktoru Arman Suleimenov, Alem School şirkətinin qurucusu və baş direktoru Danabek Kaliazhdarov, Harbour Space Universitetinin baş direktor müavini Alexey Alexeyev, IOI (Beynalaxalq İnformatika Olimpiadası) Beynalxalq komitənin üzvü Araz Yusubov, Constructor Universitetinin “İstedadlı tələbələrin qəbulu” şöbəsinin müdiri Olga Kornienko çıxışlarında ICPC hərəkatının və olimpiada iştirakçılarının İT sənayesinin inkişafında və ölkənin rəqəmsallaşmasında böyük rol oynadıqlarını vurğulayıblar.

Növbəti ikinci panel müzakirəsi ABB “Pərakəndə Kart Biznesi” rəhbəri Əfqan Abbasovun moderatorluğu ilə “Proqramlaşdırma müsabiqələri insanları hara aparır?” mövzunda aparılıb.

Hazırda müxtəlif ölkələrdə fəaliyyət göstərən, təhsil aldıqları illərdə ICPC iştirakçıları olmuş məruzəçilər: Guavapay şirkətinin texniki direktoru Cavid Mahmudzadə (İngiltərə), Samsung, R&D şirkətinin baş mühəndisi Adil Əliyev (Kanada), İRİA sədrinin müşaviri Şahin Əliyev (Azərbaycan), IOMETE startapının təsisçi və baş direktoru Vüsal Dadalov (Hollandiya), Azərbaycan Mərkəzi Bankının müşaviri Sadiq Axundov (Azərbaycan) çıxışlarında İT mütəxəssisi kimi yetişmələrində və əldə etdikləri karyera nəaliyyətlərində olimpadaların müstəsna rolunu vurğulayıblar.

Simpozium zamanı ölkədə ICPC hərəkatının inkişafında xüsusi xidmətlərinə görə ICPC Azərbaycan təşkilat komitəsini üzvləri, 5 ildən çox aktiv fəaliyyət göstərən komanda məşqçiləri, “Technest” təqaüd proqramı çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə həyata keçirilən “IDDA Cup – Bahar 2024” və “Bebras” olimpiadalarının qalibləri olimpiada və müsabiqələrin keçirilməsinə hər zaman dəstək olan PASHA Holding şirkətinin təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Paylaş

Xəbər lenti

Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava Bu gün, 17:48 Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunub - Fotoreportaj Bu gün, 17:48 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib Bu gün, 17:48 Rəcəb Tayyib Ərdoğan: Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər Bu gün, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər Bu gün, 17:48 Leyla Əliyeva Rəcəb Tayyib Ərdoğanla görüşündən paylaşım edib Bu gün, 17:48 Ərdoğan: "Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" Bu gün, 17:48 Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb Bu gün, 17:48 Azərbaycanın və Türkiyənin birinci xanımları çay masası əsnasında söhbət ediblər Bu gün, 17:48 Gəncədə Zəfər Gününə həsr olunan konsert baş tutub Bu gün, 17:48 Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verib Bu gün, 17:48 Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər Bu gün, 17:48 Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" Bu gün, 17:48 Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar Bu gün, 17:48 Vətən övladlarının xatirəsi Gənclər və İdman Nazirliyinin kollektivi tərəfindən yad olunub Bu gün, 16:48 Alyona Əliyeva: "Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik" Bu gün, 16:48 Prezident İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir Bu gün, 16:48 Prezident: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq Bu gün, 16:48 İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur Bu gün, 16:48 Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi Bu gün, 16:48 Prezident: Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar Bu gün, 16:48 Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin Bu gün, 16:48 Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir Bu gün, 16:48 Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur Bu gün, 16:48 Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır Bu gün, 16:48 Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 16:48 "Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər Bu gün, 16:48 Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub Bu gün, 15:48 Zəfər Günü Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabranda da qeyd olunub Bu gün, 15:48 Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir Bu gün, 15:48 Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 15:48 İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılamasına dair videoçarx Bu gün, 15:48 Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb Bu gün, 15:48 Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib Bu gün, 15:48 Misir millisinin baş məşqçisi həyat yoldaşı ilə bağlı qalmaqala görə istefaya göndərildi Bu gün, 15:48 Şahrudin Məhəmmədəliyev "Qarabağ"da 100-cü Premyer Liqa oyununa çıxıb Bu gün, 15:48 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 14:48 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı Bu gün, 14:48 Türkiyə DİN: Zəfərin mübarək olsun, can Azərbaycan Bu gün, 14:48 Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır Bu gün, 14:48 Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" Bu gün, 14:48 Elçin Quliyev Zəfər Günü ilə bağlı DSX-nin şəxsi heyətini təbrik edib Bu gün, 14:48 Lənkəranda ilk dəfə AFFA U-12 Qızlar Liqasına start verilib Bu gün, 14:48 İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır Bu gün, 14:48 Şəmkirdə ağır qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb Bu gün, 14:48 Azərbaycan Prezidenti: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq" Bu gün, 13:48 Prezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar" Bu gün, 13:48 Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR