
İspaniya təmsilçisi "Atletiko"nun (Madrid) futbolçusu Memfis Depay klubdan ayrılacaq.
"AVESTA.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, yayda müqavilə müddəti başa çatan niderlandlı futbolçu yeni sözləşmə imzalamayacaq.
Qeyd edək ki, cari mövsüm Madrid təmsilçisinin heyətində 31 oyuna çıxan M.Depay 9 qol vurub, 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı futbolçunun dəyərini 12 milyon avro qiymətləndirir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.