
Abşeron rayonunda 5 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
"AVESTA.AZ" xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, motosiklet qarşı tərəfdən gələn minik avtomobililə toqquşub. Avtomobildə olan sərnişin 2019-cu il təvəllüdlü M.Quliyev xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.