25-05-2024, 14:13 511

Gürcüstanın paytaxtında kiçik Azərbaycan - Axundzadə adına Mədəniyyət Muzeyindən REPORTAJ

Gürcüstanın paytaxtı Tbilisidə yerləşən bu məkanı 1996-cı ildə Ulu Öndər Heydər Əliyev, daha sonra isə iki dəfə Azərbaycan Prezidenti İlham Əliyev ziyarət edib. Söhbət Gürcüstana gələn hər bir azərbaycanlının mütləq baş çəkmək istədiyi yerdən - Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyindən gedir.

“Report”un Gürcüstan bürosu olaraq muzeyə baş çəkdik, oradakı şərait və eksponatlarla tanış olduq.

Mədəniyyət ocağı Tbilisi şəhərinin mərkəzində - Vaxtanq Qorqasli küçəsində yerləşir. Bu ərazi "köhnə Tbilisi" kimi də adlandırılır. Üç mərtəbə, altı otaq, bir böyük tədbir zalı və kitabxanadan ibarət bina vaxtilə azərbaycanlı ədib, alim və dramaturq Mirzə Fətəli Axundzadə öz vəsaiti hesabına tikilib. O, ömrünün sonuna qədər bu evdə yaşayıb. Ədib 1878-ci ildə elə bu şəhərdə vəfat edib və Tbilisi Botanika Bağında yerləşən müsəlman məzarlığında dəfn olunub.

Dünyaca məşhur ziyalılar Axundzadəni bu evdə çox ziyarət edib; Aleksandr Düma, Aleksandr Bestujev, Mixail Lermantov və s. Deyilənə görə, A.Bestujev Axundzadəyə görə Azərbaycan dilini də öyrənib. O, qeydlərinin birində yazır: "O ki qaldı mənə, mən Azərbaycan dilini öyrənməyə başlamışam. Avropada fransız dili kimi, Asiyada da bu dili bilməklə oranı başdan-başa gəzə bilərsiniz”. Bu fikirlərin yer aldığı yazıya elə muzeydə, Axundzadənin qonaq otağında da rast gəlmək olar. Otaq dövrün (XIX əsr) üslubuna uyğun olaraq dizayn edilib. Bu otaqda “Məclisi şüəralar” təşkil edilirmiş. Axundzadə öz gürcü dostları Georgi Orbeliani, Qreşaşvili, eləcə də azərbaycanlı aşıq, yazıçı və şairlərlə birlikdə poeziya gecələri keçirirmiş.

Muzeydə onu da öyrəndik ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və maarifçi Mirzə Şəfi Vazehin yaratdığı “Müdriklər dərnəyi” də Mirzə Fətəli Axundzadənin sağlığında bu binada fəaliyyət göstərib.

Binanın digər otağında Mirzə Fətəlinin ailəsinə və onun əsərlərinə aid miniatürlər, eksponatlar sərgilənir. Burada Mirzə Fətəlinin həyat və fəaliyyətini əks etdirən fotomateriallar, o dövr mədəniyyətimizə aid nümunələr qorunub saxlanılır. Onun oxuduğu məktəb, böyüdüyü ev, valideynləri, ailəsi və övladlarının fotoşəkillərini də burada görmək mümkündür.

Muzeydə dramaturqun iş masası da eksponat kimi ziyarətçilərə nümayiş olunur. Masanın üzərində bir kitab var, gələn qonaqlar oraya öz ürək sözlərini yazırlar. Bu kitabda müxtəlif ölkələrin prezidentləri, nazirləri, dövlət məmurları, mədəniyyət xadimləri, elm adamları və bir çox tanınmış şəxslərin rəy və imzaları var. Muzey fəaliyyətə başlayandan bu günədək artıq üç kitab dolaraq dəyişdirilib.

Azərbaycan Mədəniyyəti Muzeyində, ölkə mədəniyyəti və şəxsiyyətlərinə aid ayrıca bir otaq da var. Bundan başqa, binada Şuşa-Qarabağ guşəsi, Qobustan guşəsi də yer alır. Şuşa-Qarabağ guşəsində Şuşanın köhnə və yeni fotoşəkilləri, eləcə də Şuşadan gətirilən torpaq sərgilənir. Qobustan guşəsində isə orada çəkilmiş şəkillər və Qobustandan gətirilmiş təbii daş parçası nümayiş olunur.

Burada müxtəlif dövrlərdə muzeyi ziyarət edən dövlət xadimlərinin fotoşəkilləri də var. Odur ki, bu mədəniyyət ocağını ziyarət edərkən Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin, Gürcüstanın sabiq prezidentləri, baş nazirləri, hazırkı rəhbər və digər rəsmilərinin şəkillərini görmək mümkündür.

Muzeydə iki otaqdan ibarət böyük bir kitabxana da mövcuddur ki, burada Azərbaycan, gürcü və dünya ədəbiyyatının ən zəngin nümunələrini tapmaq olar. Kitabxanadan yararlanmaq istəyən hər kəs muzeyə üz tuta bilər.

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva deyir ki, 2008-ci ildən bəri bu mədəniyyət ocağına rəhbərlik edir və ötən müddət ərzində muzeyi ziyarətə gələn siyasətçilərin, ziyalıların hamısı xoş təəssüratla ayrılıb: “Xatirə kitabındakı yazıları oxuyanda anlayıram ki, bu muzey kiçik bir Azərbaycandır. Biz də buradakı Azərbaycanımızı qoruyub saxlamalıyıq”.

Direktorun sözlərinə görə, ziyarətçilər daha çox xaricilərdir. Aylıq ziyarətçi göstəricisi 200-300 nəfərdir: "İl ərzində 3 minə yaxın ziyarətçi qəbul edirik. Onlar daha çox İran və Türkiyədən gələnlərdir. Biz, həmçinin əməkdaşlıq etdiyimiz təşkilatlar vasitəsilə Türkiyədə təşkil edilən forumlara qatılırıq”.

Muzey müxtəlif tədbirlərə də ev sahibliyi edir. Azərbaycan üçün önəmli olan günlər burada qeyd edilir. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 Mart - Dünya Azərbaycanlılarının Soyqırımı Günü ilə bağlı tədbirlər və sərgilər təşkil olunur. Digər önəmli günlər də muzeyin tədbirlər planında öz əksini tapır. Belə ki, il ərzində 28 May - Müstəqillik Günü, 8 Noyabr - Zəfər Günü, 26 İyun - Silahlı Qüvvələr Günü, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Novruz bayramları təntənəli şəkildə qeyd edilir. Belə günlərdə muzey bir növ soydaşlarımızın toplaşma məntəqəsinə çevrilir.

Bunlardan əlavə, muzeydə beynəlxalq sərgilər də təşkil edilir. Gürcüstanda yaşayan azərbaycanlı rəssamların əl işləri Bakıda, Azərbaycanda yaşayan rəssamların əsərləri isə burada sərgilənir Ötən ilin statistikasına görə, muzey 40 belə tədbirə ev sahibliyi edib.

Muzeydə həm də mədəni-maarif işləri görülür - müxtəlif kurslar fəaliyyət göstərir. 2010-cu ildən bəri burada insanlara Azərbaycan, gürcü, ingilis dilləri öyrədilir. 2012-ci ildən etibarən isə Azərbaycan xalçaçılıq sənətinə dair kurs fəaliyyət göstərir. Onu da qeyd edək ki, xalçaçılıq sənətinə dair bu fəaliyyəti 2012-2016-cı illərdə Gürcüstanın Mədəniyyət Nazirliyi maliyyələşdirib və dəstək olub.

Paralel olaraq, muzeydə aşıq sənəti dərsləri tədris edilir. Aşıq sənətinə tək soydaşlarımız yox, əcnəbilər də yaxından maraq göstərirlər. İngiltərə, Avstriya, Almaniya və İtaliyadan olan tələbələr, xüsusilə Gürcüstanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri bu sənəti öyrənməyə can atırlar.

Bununla da bitmir, qədim türk sənəti olan “Ebru”nu öyrənmək istəyənlər də buraya üz tuturlar.

Bu arada, muzeyin tarixinə də qısa nəzər salaq; Hazırkı Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi 1982-ci ildə Axundzadənin ev muzeyi kimi fəaliyyətə başlayıb. 2007-ci ildə muzeyin statusu dəyişdirilib. O zaman iki otaqdan ibarət olan Azərbaycan Mədəniyyət Mərkəzi Nəriman Nərimanov muzeyinin bazasında olan Cəlil Məmmədquluzadə muzeyi ilə birləşdirilib və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi yaradılıb. Mədəniyyət ocağı elə həmin ildən Gürcüstanın Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 2010-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən muzey binasının əsaslı şəkildə təmirinə başlanılıb. 2012-ci ildə təmir işləri tamamlanıb və 2013-cü ilin mayında muzeyin açılışı baş tutub.

Hazırda muzeydə gürcü və azərbaycanlılardan ibarət 14 nəfərlik kollektiv çalışır. Muzeyin qapıları həftənin bazar ertəsi istisna olmaqla hər gün saat 11:00-dan 18:00-a qədər ziyarətçilərin üzünə açıqdır. Muzey Tbilisinin turizm marşrutuna da daxil edilib. Bu isə ziyarətçilərin kütləviliyini artırmış olur.

Muzeyə giriş biletinin qiyməti 3 laridir (1,80 AZN). Məktəblilər üçün güzəştlər var - 2 lari (1,20 AZN). Təqaüdçülər, veteranlar və altı yaşdan aşağı uşaqlar isə ödənişsiz muzeyi ziyarət edə bilirlər.

Paylaş

Xəbər lenti

Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR