
İranın qərbindəki Abdanan şəhərində qaz kəmərində partlayış baş verib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
“Partlayış nəticəsində yaxınlıqdakı ev dağılıb. İki işçi ölüb, ikisi yaralanıb", - şəhər administrasiyasının açıqlamasında bildirilir.
İlkin məlumatlara görə, partlayış özəl telekommunikasiya şirkətlərindən birinin qazıntı işləri aparması və təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.