
Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.
"AVESTA.AZ"un məlumatına görə, yığma II turun ikinci matçında Şimali Makedoniya komandası ilə üz-üzə gəlib.
Belçikadakı qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:0 (25:17, 25:17, 25:18).
Ötən gün meydan sahiblərinə yenilən (0:3) milli Bakıdakı I turda Rumıniya və Ukraynaya da eyni hesabla uduzub. Komanda hazırda sonuncu - 12-ci yerdədir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.