
Tayvan silahlı qüvvələri gün ərzində adaya yaxınlaşan Çin Xalq Azadlıq Ordusunun 21 təyyarəsi və 11 gəmisinin, eləcə də ÇXR dəniz polisinin 4 gəmisinin yaxınlaşmasını qeydə alıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Çin Respublikası – Tayvanın Milli Müdafiə Nazirliyinin gündəlik diqqətə çatdırılıb.
Bildirilib ki, 10 təyyarə adanın cənub-qərb və cənub-şərq hissəsində hava hücumundan müdafiə qüvvələrinin tanıma zonasına daxil olub. Tayvan ordusu hədəfləri izləmək üçün təyyarələr, gəmilər və yerüstü zenit-raket sistemlərini işə salmaqla cavab verib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.