
“Qəbələ” klubu baş məşqçisi Kaxaber Tsxadadze ilə yeni müqavilə imzalayıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssislə yeni şərtlərlə bağlanan anlaşma 3 il müddətinə nəzərdə tutulub.
Gürcüstanlı mütəxəssis və onun köməkçisi George Çixradze 2027-ci ilin yayına qədər “Qəbələ”də çalışacaqlar.
Qeyd edək ki, əyalət təmsilçisi 2024/2025 mövsümündən etibarən Azərbaycan I Liqasında çıxış edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.